Logo
    main-post-cover

    Facebook neyrointerfeysə sahib qolbaq prototipini sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    19.03.2021
    Emil
        Facebook şirkətinin Facebook Reality Labs (FRL) adlı şöbəsi mouse ilə klaviatura kombinasiyasının alternativ variantını sərgiləyib. İstifadəçinin biləyindən beyin siqnallarını qəbul edən qeyri adi qolbaq artırılmış reallıq mühitində çalışmaq üçün nəzərdə tutulub və istənilən səthi yazı panelinə çevirə bilir. Şirkət tərəfindən yaradılmış bu cihazın prototipi öz işində elektromioqrafiyadan (əzələlərin elektrik aktivliklərinin qeydiyyatı) istifadə edir. Bu cihaz beyindən biləklərə ötürülən hərəkət siniri siqnallarını qəbul edir. Daha sonra qolbaq əldə olunmuş məlumatı emal edərək barmaqların məqsədli hərəkətlərini millimetrlik dəqiqliklə təyin edir.
        Facebook-un fikrincə bu, artırılmış reallığın əsasını təşkil edəcək kompüter interfeysləri ilə qəliz və intuitiv qarşılıqlı əlaqə yolunda ilk addımdır. Sözügedən texnologiya həmçinin fiziki məhdudiyyəti olan insanlar üçün də çox faydalı ola bilər. Şirkət Bellowband Tasbi kod adlarına sahib iki qolbağı təqdim edib. Birlikdə onlar virtual düymələrə klikləmə və ya müəyyən obyektlərə toxunma hissini verirlər. Hal hazırda hər iki qolbaq ilkin hazırlanma mərhələsindədir. Onların tam hazır versiyalarının nə zaman satışa çıxacaqları barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər