Logo
    main-post-cover

    Facebook şirkəti Android əməliyyat sisteminin analoqu üzərində çalışır

    Elm & Texnologiya
    20.12.2019
    Emil
        Facebook şirkətinin portfoliosuna təkcə sosial şəbəkə daxil deyil. Belə ki, şirkət artıq uzun müddətdir ki, smart ekranlar və VR cihazlar da daxil olmaqla bir sıra hardware məhsullar üzərində də çalışır. Şirkətin aparat seqmentli məhsulları təkmilləşdirilmiş Android əməliyyat sistemi vasitəsilə çalışırlar. Lakin yaxın gələcəkdə bu vəziyyət dəyişə bilər. Belə ki, şirkət fərdi əməliyyat sisteminin yaradılmasına start verib və gələcəkdə həmin əməliyyat sistemi Android ilə rəqabət apara bilər.
        Bu barədə Engadget saytı xəbər verib. Hazırlanan yeni əməliyyat sistemi Facebook şirkətinin aparat seqmentli məhsulları üçün nəzərdə tutulub və o, sıfırdan hazırlanır. Sözgüedən layihəyə Microsoft şirkətinin keçmiş əməkdaşı və Windows NT-nin yaradıcılarından biri olan Mark Lucovsky rəhbərlik edəcək. Bundan əlavə olaraq Facebook şirkəti Siri Alexa-ya bənzəyəcək səsli kəməkçi üzərində də çalışır.
        Bununla paralel olaraq Facebok həmçinin beyin-kompüter interfeysi üzərində çalışır. Məlumata əsaəsn şirkət mühəndisləri artıq bu interfeysi əldə daşınıla bilən cihaz ölçüsünə kimi kiçildə biliblər. Hazır məhsulun ortaya çıxması üçün isə mühəndislərə 5-10 il vaxt lazım ola bilər. Qısamüddətli perspektivdə şirkət AR eynəkləri satışa çıxartmalıdır. Şirkətin fərdi əməliyyat sisteminin adı və onun nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər