Facebook şirkəti AR eynəklər hazırladığını təsdiq edib

Facebook şirkəti AR eynəklər hazırladığını təsdiq edib

Texnologiya
26.10.2018 PAYLAŞIM

    Facebook şirkətinin AR (artırılmış reallıq) texnlogiyaları üzrə rəhbəri Ficus Kirkpatrick şirkətin öz AR eynəkləri üzərində çalışdığını təsdiqlyib. “Bəli, biz öz AR eynəklərimiz üzərində çalışırıq. Bizim hələki təqdimat üçün hazır məhsulumuz yoxdur. Buna baxmayaraq bizim bu sahədəki tədqiqatlarla məşğul olan çoxlu sayda təcrübəli işçilərimiz var. Biz ümid edirik ki, onların hazırladıqları məhsullar gələcək layihənin həyatında vacib rol oynayacaqlar” – deyə Ficus Kirkpatrick bildirib.

    Qeyd etmək lazımdır ki, son zamanlarda Facebook şirkəti öz hardware sahəsini aktiv şəkildə inkişaf etdirir. Bir neçə müddət bundan öncə şirkət özünün istehsalı olan Portal adlı smart ekranını təqdim etmişdi. Bu smart ekran əsasən istifadəçilər arasında videozənglər üçün nəzərdə tutulub. Daha sonradan məlum oldu ki, Facebook ənənələrinə sadiq qalaraq bu smart ekran istifadəçini izləyə bilir. Halbuki təqdimat zamanı şirkət bunu təkzib etmişdi. Şirkət tərəfindən hazırlanan AR eynəklərin də istifadəçi məlumatlarını ötürüb-ötürməyəcəyi barəsində məlumat yoxdur.

Bənzər xəbər


    Çox güman ki, şirkətin AR eynəkləri Facebook tərəfindən hazırlanacaq çiplər əsasında çalışacaq. Bu məhsul Facebook servislərinin şirkətin öz gücü ilə inkişaf etdirilməsinə yardımçı ola biləcək məhsul ola bilər. Belə ki, şirkət hal-hazırda bu mövzuda Google Apple kimi şirkətlərdən asılıdır. Əvvəlki patent məlumatlarına əsasən Facebook AR eynəkləri adi standart eynəklərə bənzəyəcək. Bu isə öz növbəsində layihənin uğurlu olacağı halında şirkəti digər rəqiblərin fonunda fərqləndirəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×