Facebook şirkəti cloud gaming texnologiyası üzərində çalışan PlayGiga adlı startapı aldı

Facebook şirkəti cloud gaming texnologiyası üzərində çalışan PlayGiga adlı startapı aldı

Texnologiya
20.12.2019 PAYLAŞIM

    Facebook şirkəti cloud gaming texnologiyası üzərində çalışan PlayGiga adlı startapı aldı. Məlumata əsasən bu müqavilə Facebook şirkətinə 78 milyon dollara başa gəldi. Bu barədə Techcrunch saytı xəbər verib. PlayGiga startapı 2013-cü ildə təsis edilib. O öz ilk investisiyasını Adara Ventures şirkətindən əldə edib. Hələ bu ilin may ayında PlayGiga-nın general direktoru Javier Polo qeyd etmişdi ki, startap 5G şəbəkələrində streaming oyun texnologiyalarının yaradılması üçün telekommunikasiya şirkətləri ilə əməkdaşlıq edir.

    Həmin texnologiyalar isə oyunçuları smartfon sektoruna cəlb etməlidirlər. Sözügedən startap həmçinin Intel Visual Cloud platforması üzərində oyun servisini də yaradıb. Həmin servis vasitəsilə telekommunikasiya şirkətləri öz müştərilərinə streaming oyun xidmətlərini təklif edə bilirlər. Qeyd etmək lazımdır ki, hal hazırda Facebook-un oyun servislərindən ayda 700 milyondan çox istifadəçi istifadə edir. Bu il şirkət həmçinin oyun mərkəzini sosial şəbəkənin əsas səhifəsinə əlavə etdi. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..

×