Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılmasına görə 5 milyard dollar dəyərində cərimələndi

Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılmasına görə 5 milyard dollar dəyərində cərimələndi

Texnologiya
13.07.2019 PAYLAŞIM

    ABŞ-ın federal ticarət komissiyası Facebook şirkətini 2018-ci ildə 87 milyon istifadəçinin özəl məlumatlarının sızdırılmasının aşkar edilməsi səbəbilə 5 milyard dollar dəyərində cərimələyib. Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən təyin edilmiş bu qərar özündə həmçinin istifadəçi məlumatlarından istifadənin məhdudlaşdırılmasını da birləşdirir. Lakin onun təfərrüatları hələki bilinmir.

    Facebook şirkətinin bu ilin birinci rübü üçün olan hesabatında bildirilib ki, şirkət ABŞ hökumətinin istintaqı səbəbilə gözlənilməz vəsaitlər xərcləyə bilər. Həəmin vaxtda şirkət ola biləcək cəriməni 3-5 milyard dollar dəyərində qiymətləndirmişdi. Hər iki tərəf bu mövzuya fikir bildirməkdən imtina edib. 2018-ci ilin mart aynda şirkət 50 milyon istifadəçinin məlumat sızıntısından xəbər vermişdi.

Bənzər xəbər


    Lakin həmin ilin aprel ayında şirkət təsdiqlədi ki, məlumatları sızdırılmış istifadəçilərin sayı 87 milyondur. Məlumatların sızdırılmasının əsas mənbəyi isə Cambridge Analytica şirkəti olmuşdu. Şirkət həmin məlumatları Donald Trump-ın seçkiqabağı kampaniyasında istifadə etmişdi. Həmin hadisədən sonra isə ABŞ-n federal ticarət komissiyası bu mövzu ilə bağlı istintaqa start vermişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×