Facebook şirkəti kontentlər üzrə şikayətlərin baxılması üçün müstəqil komissiya yaradacaq

Facebook şirkəti kontentlər üzrə şikayətlərin baxılması üçün müstəqil komissiya yaradacaq

16.11.2018 PAYLAŞIM

    Mark Zuckerberg paylaşılan kontentlər və sosial şəbəkənin qaydalarını pozan mesajların silinməsi üzrə istifadəçilərin şikayətlərinə baxacaq müstəqil komissiyanın yaradılması planından danışıb. “Gələn il biz kontentlər üzrə veilmiş qərarların müstəqil komissiyada şikayət edilməsinin yeni üsulunu yaradacağıq. Həmin komissiyanın yekun qərarları şəffaf və mütləq olacaq” – deyə Zuckerberg bildirib.

    Bundan əlavə olaraq o qeyd edib ki, komissiyanın müstəqil iş xarakteri Facebook əməkdaşları tərəfindən çoxlu sayda qərarların qəbul edilməsinin qarşısını alacaq və müəyyən mənada cavabdehlik ilə nəzarət yaradacaq. Həmçinin yaradılacaq yeni komissiya qərarların məhz sosial şəbəkə cəmiyyəti marağında qəbul edilməsi əminliyini yaradacaq.

Bənzər xəbər


    “Bu, inanılmaz dərəcədə vacib başlanğıcdır və bunun praktik cəhətdən necə çalışacağını qərara almaq üçün biz ilkin mərhələdəyik. Bugündən etibarən biz ən qəliz sualların həll olunması üçün konsultasiyaya başlayırıq. Komissiyanın üzvlərini necə seçmək olar? Biz onların Facebook-dan müstəqil çalışmalarını və onların tabe olacaqları prinsipləri necə təmin edə bilərik? İnsanlar bu komissiyaya necə müraciət edə bilərlər? Milyonlarla sorğu arasında olan şikayətləri necə seçib onlara baxmaq lazımdır?” – deyə Zuckerberg bildirib.

    Beləliklə Facebook gələn ilin sonuna kimi sözügedən komissiyanın yaradılması üçün Facebook 2019-cu ilin əvvəlindən bütün bu ideyaların müxtəlif ölkələrdə yoxlanılmasına start verəcək. Zuckerberg-in fikrincə müəyyən vaxtdan sonra müstəqil şəkildə çalışacaq bu komissiya sosial şəbəkənin idarəsində də mühüm rol oynayacaq. Hal hazırda istifadəçilərin müəyyən kontentlərin pozulması üzrə şikayətlərinə şirkət əməkdaşları baxırlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×