Facebook şirkəti Libra kriptovalyuta layihəsinin yenidən qurulmasını müzakirə edir

Facebook şirkəti Libra kriptovalyuta layihəsinin yenidən qurulmasını müzakirə edir

Texnologiya
05.03.2020 PAYLAŞIM

    Facebook şirkəti öz partnyorları ilə Libra kriptovalyutası layihəsinin yenidən qurulmasını müzakirə edir. Məlumata əsasən şirkət istifadəçilərə mərkəzi bankların istifadəyə verdikləri valyutaları (dollar və avro kimi) təqdim etməyi düşünür. Bu barədə Bloomberg saytı xəbər verib. İlk öncə məlumat ortaya çıxmışdı ki, Facebook özünün Calibra adlı online portmanatında Libra kriptovalyutasından imtina edəcək. Lakin şirkət bu məlumatı təkzib edib. Bundan əlavə olaraq şirkət Calibra-nın işə salınmasını bu ilin oktyabr ayına kimi təxirə salıb.

    Əgər Libra layihəsi vahid qlobal kriptovalyutadan daha çox ödəniş sisteminə bənzəsə, istifadəçilər Libra ilə mövcud olan ödəniş servisləri arasındakı fərqi görməyəcəklər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti Libra kriptovalyutasını və Calibra online portmanatını keçən ilin iyun ayında təqdim etmişdi. Layihəyə əsasən kriptovalyuta real aktivlərə qoşulu olacaq. Layihənin inkişaf etdirilməsi üçün isə şirkət həmçinin Facebook-dan asılı olmayan konsorsium da yaratmışdı. Mastercard, Visa, Spotify, PayPal, eBay və digər məşhur şirkətlər həmin konsorsiuma daxil olmuşdular.

Bənzər xəbər


    Kriptovalyutanın bu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılırdı. Lakin sözügedən layihə Facebook-un heç də yaxşı olmayan nüfuzu səbəbilə bir sıra nizamlayıcı orqanlar tərəfindən təzyiqlərə məruz qaldı. Bundan əlavə olaraq dövlətlər qorxurlar ki, Libra-dan pulların yuyulması kimi qanunsuz mövzularda istifadə olunacaq. Nizamlayıcı orqanların təzyiqləri nəticəsində yuxarıda sadalanmış şirkətlər Libra layihəsindən çıxdılar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×