main-post-cover

    Facebook şirkəti məşhur Ray-Ban brendi ilə birlikdə smart eynək üzərində çalışır

    Elm & Texnologiya
    18.09.2019
    Farid Pardashunas
        Facebook şirkəti özünün smart eynəyini yaratmaq üçün İtaliyanın Luxottica adlı şirkətini cəlb edib. Bu şirkət isə öz növbəsində Ray-Ban brendinin sahibidir və Google Glass smart eynəyinin yaradılmasında iştirak edib. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən hər iki şirkət smart eynək üzərinə işləri bitirməyi və onu 2023-2025-ci illər arası təqdim etməyi planlaşdırır. Lakin smart eynəyin vaxtında hazırlanması üzrə heç bir zəmanət yoxdur.
        Məlumatda həmçinin qeyd olunub ki, sözügedən layihənin şirkət daxilində kod adı Orion-dur. CNBC-nin sözlərinə əsasən Facebook Reality Labs-ın əməkdaşları artıq neçə ildir ki, artırılmış reallıq eynəyinin yaradılması üzərində çalışırlar. Lakin bu yolda onlar bir sıra problemlər ilə qarşılaşıblar. Onlardan biri də eynəyi kompakt hala gətirməkdir. Güman olunur ki, bu smart eynək smartfonu əvəz edə biləcək. Belə ki, həmin smart eynək gələn zəngləri qəbul edə, kiçik eynək ekranında lazımi məlumatları əks etdirə və sosial şəbəkələrdə canlı yayımı reallaşdıra biləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər