Facebook şirkəti Oculus Quest adlı virtual reallıq cihazını təqdim etdi (VİDEO)

Facebook şirkəti Oculus Quest adlı virtual reallıq cihazını təqdim etdi (VİDEO)

Texnologiya
27.09.2018 PAYLAŞIM

    Facebook-a məxsus olan Oculus şirkəti Oculus Quest adlı yeni avtonom virtual rellıq cihazını təqdim edib. Oculus Quest gələn ilin yaz fəslində 399$ qiymətində satışa çıxacaq. Oculus Quest smartfona və ya kompüterə qoşulmadan çalışmaq özəlliyinə sahibdir. Cihaz 4 ədəd genişbucaqlı kamera ilə təchiz olunub. Bununla yanaşı Oculus Quest-in komplektində həmçinin sensorlu idarəetmə cihazları da olacaq. Bu virtual reallıq cihazının sistemində 50-ə yaxın oyun olacaq. Oculus Quest şirkətin ilk avtonom reallıq cihazıdır ki, 6 azadlıq səviyyəsinə sahibdir. Yəni cihazın sistemi istənilən istiqamətdə istifadəçi başının hərəkətlərini təyin edə bilir. Şirkət cihazın digər texniki göstəriciləri barəsində məlumat verməyib.

Bənzər xəbər



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının ha..


Tədqiqatçılar elektromobillərin həqiqətən də ekoloji təmiz olub-olmadıqlarını yo..

Tədqiqatçılar benzinlə çalışan avtomobillər ilə müqayisədə elektrikli avtomobillərin həqiqətən də ek..


Dünyada ilk dəfə süni ürək transplantasiyası reallaşdırılıb (VİDEO)

Amerikalı mütəxəssislər dünyada ilk dəfə süni ürək transplantasiyasını reallaşdırıblar. Aeson adlı k..


“One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və istismarı sahəsin..

2014-cü ildən bəri fəaliyyət göstərən “One Solution” MMC mobil rabitə qüllələrinin quraşdırılması və..


Analitiklər: 'Elon Musk Tesla brendi altında elektrikli uçuş aparatı istehsal et..

Görünür, Elon Musk yaxın gələcəkdə Tesla brendi altında təkcə elektromobil istehsal etmək niyyətində..


Jeff Bezos New Shepard kosmik gəmisi vasitəsilə ilk kosmik uçuşunu reallaşdırıb ..

Jeff Bezos özünün Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisi vasitəsilə kosmik uçuşu real..

×