main-post-cover

    Facebook şirkəti öz kriptovalyutasını yaratmağı planlaşdırır

    12.05.2018
    Farid Pardashunas
    Facebook şirkəti özünün kriptovalyutasını yaratmağı planlaşdırır. Bu barədə ABŞ-ın Cheddar adlı telekanalı xəbər verib. Telekanalın verdiyi məlumata əsasən bu halda milyardlarla insan Facebook-un yaradacağı kriptovalyutanı elektron ödəmələr üçün istifadə edə bilər. Qeyd etmək lazımdır ki, Facebook şirkəti 1 il bundan öncə blockchain texnologiyasını müşahidə etməyə başlayıb. Həmin vaxtda bu işlə yalnız bir insan məşğul olurdu. Bu həftə isə məlum oldu ki, şirkət təqribi olaraq 10 nəfərdən ibarət xüsusi komanda yaradıb və həmin komanda blockchain texnologiyasının imkanlarının müşahidəsi ilə məşğul olacaq.
    Həmin komandaya şirkətin Messenger üzrə vitse prezidenti David Marcus rəhbərlik edir.
    “Digər şirkətlər kimi Facebook da blockchain texnologiyasının istifadə imkanlarını müşahidə edir. Bu böyük olmayan komanda blockchain texnologiyasının müxtəlif istifadə sahələrini tədqiqat edəcək. Bizim daha artıq verə biləcəyimiz məlumat yoxdur” – deyə sosial şəbəkə təmsilçisi bildirib. Telekanalın məlumatına əsasən Facebook-un öz kriptovalyuta və blockchain platformasını yaratmağı illərlə zaman alacaq. Bununla belə şirkət ICO keçirtməyi planlaşdırmır və müəyyən qiymət üzrə məhdud sayda rəqəmsal tokenləri təqdim etməyi düşünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər