Facebook şirkəti özünün Libra kriptovalyutasından imtina etmək niyyətində deyil

Facebook şirkəti özünün Libra kriptovalyutasından imtina etmək niyyətində deyil

Texnologiya
22.12.2019 PAYLAŞIM

    Facebook şirkətinin hakimiyyəti ələ keçirtmək istəməsi üzrə Libra kriptovalyutasının tənqid olunmasına və bu layihədən eBay, PayPal, MasterCard Visa kimi şirkətlərin çıxmasına baxmayaraq sosial şəbəkə yaradıcıları əvvəlki kimi öz rəqəmsal valyutalarına inamı saxlayırlar. İndi isə Facebook şirkətinin təmsilçiləri Libra barəsində bəzi yeni məlumatları veriblər. Bu barədə Reuters saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Libra kriptovalyutasının istifadəyə verilməsi və onun inkişafı ilə məşğul olacaq Libra Association konsorsiumu özündə 20-dən çox şirkəti və təşkilatı birləşdirir.

    Lakin sözügedən layihəyə böyük marağın olmasına baxmayaraq konsorsiuma daxil olan heç bir şirkət və ya təşkilat hələ ki, kriptovalyutaya investisiya yatırmayıb. Həmin şirkət və təşkilatların investisiyalar yatırmaqda tələsməmələrinin əsas səbəbi isə ABŞ hökumətinin bu rəqəmsal valyutaya skeptik yanaşmasıdır. “Libra-nın 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Lakin dəqiq tarix nizamlayıcı orqanlar ilə baş tutacaq danışıqlardan asılı olacaq. Hal hazırki mərhələdə kriptovalyutanın bazara daxil olması üzrə dəqiq bir strategiya yoxdur’ - deyə Libra Association konsorsiumunun direktorlar şurasının üzvü qeyd edib.


    Libra kriptovalyutasının əsas ideyası ondan ibarətdir ki, istifadəçilər öz aralarında heç bir qəliz proses olmadan maliyyə mübadiləsini reallaşdıra bilsinlər. Bir neçə müddət bundan öncə Facebook təmsilçiləri bildirmişdilər ki, bu rəqəmsal valyuta vasitəsilə vəsaitlərin göndərilməsi adi mətn mesajının göndərilməsi qədər asan olacaq. ABŞ-ın maliyyə nazirliyini narahat edən məsələ isə ondan ibarətdir ki, Libra üçüncü tərəflərə pulların yuyulması və terrorçuluğun dəstəklənməsi imkanlarını verə bilər. ABŞ prezidenti Donald Trump bildirib ki, bu cür rəqəmsal valyuta aşağı stabilliyə və güvənliliyə sahib olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×