Facebook şirkəti rəsmi olaraq Libra adlı kriptovalyutasını təqdim etdi

Facebook şirkəti rəsmi olaraq Libra adlı kriptovalyutasını təqdim etdi

Texnologiya
18.06.2019 PAYLAŞIM

    Facebook şirkəti özünün blockchain layihəsi olan Calibra.com saytını təqdim edərək Libra adlı kriptovalyutasını anons etdi. Sözügedən layihənin inkişafı ilə Mastercard, Visa, Spotify, PayPal, eBay, Uber, Vodafone şirkətləri ilə Andreessen HorowitzThrive Capital vençur şirkətlərinin daxil olduqları konsorsium məşğul olacaq. Bu barədə Rusbase saytı xəbər verib. Qeyri kommersiya məqsədli təşkilatlar istisna olmaqla hər bir iştirakçı şirkət bu layihəyə 10 milyon dollar investisiya yatıracaq. Layihənin işə salınması isə 2020-ci ilin əvvəlinə planlaşdırılır. Yeni kriptovlayuta ilə çalışmaq üçün Facebook şirkəti Calibra adlı elektron portmanatı işə salıb.


Bənzər xəbər


    İstifadəçilərin gündəlik təhlükəsiz şəkildə əməliyyatlarının reallaşdırılması üçün sistem blockchain texnologiyası əsasında qurulub. Şirkət artıq onun test olunması üçün sorğuların qəbuluna start verib. Libra dələduzluqların yoxlanılmasında və onlardan qorunmasında bankların istifadə etdikləri alətlərdən istifadə edəcək. İstifadəçilərin hesabları ilə bağlı dələduzluq hallarının aşkar edilməsi halında Calibra dəymiş zərəri istifadəçilərə ödəməyi söz verir. Calibra Android iOS əməliyyat sistemləri üçün nəzərdə tutulmuş fərdi tətbiq kimi fəaliyyət göstərəcək. Bununla yanaşı o, Whatsapp Messenger-ə də sıx inteqrasiya olunacaq.


    Layihənin saytında qeyd olunub ki, bu üsulla 2.7 milyard insan şirkətin müştərisinə çevriləcək. Libra kriptovalyutası real aktivlərə birləşmiş olacaq. Bura həmçinin bank depozitləri və dəyərli dövlət kağızları da daxildirlər. Bu isə öz növbəsində investorlara arxayınlıq verməlidir ki, onlar Libra-nı real valyutaya konvertasiya edə biləcəklər. The Guardian saytının apardığı sorğuda iştirak etmiş analitiklərin fikrincə kriptovlyutanın işə salınması Facebook şirkətinin gəlir yüksəlişinə təkan verə bilər. Belə ki. şirkətin gəlir yüksəlişi zəifləməyə davam edir. Calibra Facebook-un strukturuna daxil olan şirkətdir və o, Facebook-dan müstəqil şəkildə fəaliyyət göstərir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×