Facebook şirkəti süni zəka çipləri üzərində çalışır

Facebook şirkəti süni zəka çipləri üzərində çalışır

Texnologiya
20.02.2019 PAYLAŞIM

    Facebook şirkəti özünün süni zəka çiplərinin hazırlanması ilə məşğul olur. Bu barədə şirkətin süni zəka üzrə laboratoriyasının rəhbəri Yann LeCun bildirib. Onun sözlərinə əsasən tam süni zəkanın çalışması üçün hal hazırda olan cihazlardan qat-qat güclüləri lazımdır. Məlumata əsasən Facebook şirkətinin əsas məqsədi adi insanın müxtəlif mövzular barəsində söhbət edə biləcəyi ağıllı köməkçinin yaradılmasıdır

    Bundan əlavə olaraq şirkət istifadəçilər tərəfindən sosial şəbəkəyə yüklənən kontentlərin monitorinqi üçün də süni zəka texnologiyasından istifadə etmək istəyir. Belə üsulla şirkət real zaman ərzində qadağan olunmuş kontentlərin yayılmasının qarşısını almaq istəyir. Keçən ilin payız fəslində Yann LeCun bildirmişdi ki, şirkət yaxın 2 il ərzində süni zəka texnologiyasının araşdırması üzrə fəaliyyət göstərən şöbəni 400 nəfərə kimi genişləndirəcək. Bu ilin yanvar ayında baş tutmuş CES 2019 sərgisində isə şirkət rəsmi olaraq Intel şirkəti ilə əməkdaşlığı elan etmişdi.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×