Facebook Stories'ə səsli mesajlar funksiyası gəldi: Lakin funksiya hamı üçün aktiv deyil

Facebook Stories'ə səsli mesajlar funksiyası gəldi: Lakin funksiya hamı üçün aktiv deyil

Texnologiya
16.05.2018 PAYLAŞIM

Facebook bugündən etibarən öz Stories bölməsinə 3 yeni funksiyanı əlavə edib. Lakin hələki sevinmək üçün tezdir. Çünki sözügedən funksiyalar hələki Hindistanda aktiv edilib. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz.

- Səsli mesajlar: Bundan sonra istifadəçilər Stories-də rəngli fonlarla, fotolarla, stikerlərlə və əlavə mətnlə birlikdə səsli mesajlar da göndərə biləcəklər. Beləliklə Stories-dəki səsli mesajlar funksiyası istifadəçini klaviaturadan istifadədən azad edəcək.



- Facebook Camera daxilində istifadəçinin Stories-də paylaşdığı foto və videoların saxlanması üçün bulud servis: Bu funksiya sayəsində istifadəçilər öz smartfonlarının daxili yaddaş həcmlərinə qənaət edə biləcəklər. Dünya üzrə bir çox istifadəçilər yeni fotolar paylaşmaq üçün öz cihazlarından köhnə fotoları pozmalı olurlar. Lakin həmin bulud servisində hansı yaddaş həcminin olacağı barəsində məlumat verilməyib.


- Stories-lər üçün arxiv: İstifadəçilər tərəfindən paylaşılmış və 24 saatdan sonra avtomatik pozulan Stories paylaşımları həmin arxivə düşəcək. Həmin arxivdən istifadəçilər öz Stories paylaşımlarını sosial şəbəkədəki ana səhifələrində paylaşa biləcəklər. Buna oxşar funksiya həmçinin Instagram Stories-də də var. Hindistanda aktiv edildikdən sonra bu yeni funksiyaların bütün istifadəçilər üçün də aktiv ediləcəyinə Facebook söz verib. Lakin bunun nə zaman olacağı bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×