Reklam
Facebook şüur gücü ilə kompüteri idarə etməyə imkan verən texnologiyanı hazırlayan startapı aldı

Facebook şüur gücü ilə kompüteri idarə etməyə imkan verən texnologiyanı hazırlayan startapı aldı

Texnologiya
24.09.2019 PAYLAŞIM

    Facebook şirkəti CTRL-Labs adlı startapı aldı. Bu startap insanlara kompüterləri beyin impulsları vaitəsilə idarə etməyə imkan verən proqram təminatının yaradılması ilə məşğul olur. Bu barədə Bloomberg saytı xəbər verib. Müqavilənin dəyəri 500 milyondan 1 milyard dollara kimi təşkil edə bilər. CTRL-Labs-ın hazırladığı məhsullardan biri də insan beynindən insan əlinə ötürülən siqnalları təyin edən qolbaqdır.

    Bu qolbaq vasitəsilə insanlar klaviaturadan istifadə etməyərək kompüterdə çap işləri ilə məşğul ola bilərlər. Bloomberg-in sözlərinə əsasən bu texnologiya gələcəkdə smartfonlara inteqrasiya edilə və virtual reallıq eynəkləri ilə birlikdə istifadə oluna bilər. Eynəkləri smartfon və ya qolbaqlarla birlikdə istifadə edən zaman istifadəçi kompüteri klaviaturasız və siçansız idarə edə biləcək.


    Facebook şirkəti hal hazırda aktiv şəkildə artırılmış reallıq texnologiyaları üzərində çalışır. 2017-ci ildə o bildirmişdi ki, o, beyin siqnallarını təyin edərək insanın fikrindəki olan fikirləri kompüter ekranında mətn formatında əks etdirməyə qadir interfeysin yaradılmasını planlaşdırır. Qeyd etmək lazımdır ki, CTRL-Labs 2015-ci ildə təsis edilib. Bu ilin fevral ayında isə o, 28 milyon dollar investisiya cəlb etmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının texniki özəllikləri barəsin..

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində məlumatlar mütəmadi olaraq çıxmağa davam..

×