
Facebook tətbiqinə WhatsApp düyməsi gəlir
Elm & Texnologiya
21.09.2017
Orxan
Facebook, dünya səviyyəsində
olduqca məşhur olan WhatsApp mesajlaşma xidməti üçün yenilik etmək istəyir.
Facebook tətbiqi içərisində fərq edilən WhatsApp düyməsi nə işə yarayacaq?
Facebook, bünyəsindəki mesajlaşma platforması WhatsApp üçün
yenə əhəmiyyətli bir iş üzərində çalışır kimi görünür. Şirkət, Facebook ana tətbiqi
içərisinə WhatsApp xüsusi düyməsi əlavə edərək yenə bir yenilik etməyi hədəfləyir.

Hər zaman olduğu kimi, bu test məhdud sayda istifadəçi ilə həyata
keçirilir, hazırda WhatsApp xüsusi olaraq yalnız Android üçün Facebook tətbiqində
görünür.
Bu düymənin sayəsində Facebook tətbiqindən tərk etmədən
WhatsApp-a birbaşa olaraq daxil olmaq mümkün olur. Şirkətin bu düyməyə daha çox
vəzifə yükləyib yükləməyəcəyi isə maraq mövzusudur.

Əgər siz də bu nəzarət qrupu içinə daxilsizsə, sağ üstdəki
profil fotoşəkilinizin altında iştirak edən menyudakı düyməni görməniz mümkündür.
iOS üçün Facebook tətbiqində də bu düymənin sınaqları yaxın zaman içərisində
edilə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
