Facebook'u məhkəməyə verdilər: Mark Zuckerberg'in şirkətdən azad edilməsi sualı yenidən aktual oldu

Facebook'u məhkəməyə verdilər: Mark Zuckerberg'in şirkətdən azad edilməsi sualı yenidən aktual oldu

19.10.2018 PAYLAŞIM

    Marketinq agentlikləri Facebook şirkətini məhkəməyə veriblər. Belə ki, onların fikrincə Mark Zuckerberg-in komandası 1 il bundan öncə sosial şəbəkədəki istifadəçilər tərəfindən paylaşılmış videoların baxış saylarının artması barəsində problemi bilib, lakin bunu reklam verənlərdən gizlətməyi üstün tutub. Bu yeni qalmaqal öz növbəsində səhmdarlarda Mark Zuckerberg-in şirkətin CEO vəzifəsindən azad edilməsi sualını yenidən doğurub. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Facebook etiraf etmişdi ki, o, göstəriciləri 60-80% qaldıraraq videoların baxış saylarının qiymətləndirilməsində səhvə yol verib.

    Sosial şəbəkədə reklam yerləşdirən marketinq agentlikləri isə bu məsələ ilə bağlı şirkəti məhkəməyə verib. Onların fikrincə şirkət videoların baxış saylarını əslində 150-900% qaldırıb. Şirkət təmsilçiləri isə bunu sadəcə olaraq hesablama səhvinin olması ilə əlaqələndiriblər. Facebook həmçinin qeyd edib ki, bunun üçün o, rekalm verənlərdən əlavə vəsait əldə etməyib. Lakin marketinq agentliklərinin fikrincə sosial şəbəkə bu problem barəsində 1 il ərzində xəbərdar olub. Lakin həmin problemi gizlətməyə çalışıb. Məhkəmə iddiaçıları Facebook şirkətindən təzminat tələb edirlər. Təzminatın dəyəri isə açıqlanmayıb.

Bənzər xəbər


    Son 2 ildə Facebook bir çox qalmaqallarda hallanıb. Şirkətin səhmdarları artıq əvvəl də Mark Zuckerberg-in şirkətin idarəetmə vəzifəsindən ayrılması sualını ortaya qoymuşdular. Görünür, bu yeni qalmaqal səhmdarların fikirlərini daha da möhkəm edib. “İdarə heyətinin müstəqil sədri Facebook-un inkişafı, bütün bu qalmaqalların bitməsi və həmçinin amerikalılar ilə investorların güvənlərinin geri qaytarılması üçün lazımdır” – deyə mütəxəssislərdən biri qeyd edib. Bu cür fikri həmçinin digər səhmdarlar da dəstəkləyirlər. Lakin çətinki onlar nəsə edə bilsinlər. Baxmayaraq Mark Zuckerberg şirkətin idarə səhmləri paketinə sahib deyil, o yenə də həlledici səs hüququna sahibdir. Bu cür strukturda onun səhmlərinin dəyəri səsvermədə digər investorların səhmlərindən daha dəyərli hala gəlir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×