
Facebook'un hack olunması zamanı kənar saytlardakı istifadəçi məlumatları toxunulmaz olaraq qalıb
Elm & Texnologiya
03.10.2018
Emil
50 milyon Facebook istifadəçisinin məlumatlarını əldə etmiş hackerlər istifadəçilərin öz hesabları vasitəsilə daxil olduqları digər saytların məlumatlarını əldə edə bilməyiblər. Bu barədə Facebook-un vitse-prezidenti bildirib. O qeyd edib ki, şirkət əməkdaşları hackerlər trəfindən olmuş kiberhücum üzrə istintaq aparıblar. Tapşırıqlardan birinin əsas məğzi Facebook hesabı vasitəsilə kənar sayt və tətbiqlərə girişin əldə olunması imkanının bu kiberhücumdan necə təsirləndiyini öyrənmək idi. O bildirib ki, kiberhücumun təyin olunduğu vaxtda kənar tətbiqlərə və ya saytlara daxil olmuş istifadəçilərin məlumatları toxunulmaz olaraq qalıb. Aparılan istintaq çərçivəsində Facebook hesabı vasitəsilə digər servislərdə girişin reallaşdırıldığı halında hackerlərin həmin servis məlumatlarını oğurladıqları ehtimalına rastlanmayıb.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
