main-post-cover

    Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa qoyuldu

    Elm & Texnologiya
    06.12.2019
    Emil Nəcəfov
        Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyində istifadəsinin qadağan edilməsi üzrə qərar qəbul ediblər. Onların fikirlərinə əsasən qanunvericilik hələ ki, Facebook-un Libra kriptovalyutasına hazır deyil. Bu barədə Reuters saytı xəbər verib. Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirlərinin bu məsələ ilə bağlı görüşləri Brüsseldə keçirilib.
        Avropa Birliyində istifadəsinə qadağanın qoyulması məsələsi təkcə Libra-nı deyil həmçinin real valyutaya bitişik olan digər stablecoinləri də əhatə edib. Avropa Birliyində yeni ödəniş alətlərinin yaradılmasının hansı riskləri daşıdığı sualı verilir və virtual vəsaitlərin Avropa Birliyində istifadəsi üçün qanunvericiliyin tərtib olunmasına start verilib. Buna baxmayaraq Avropa Birliyinin rəqəmsal vəsaitlərə münasibətini neqativ adlandırmaq olmaz. Belə ki, Avropa Birliyinin özü fərdi kriptovalyutasını hazırlayır.
        Həmin kriptovlayuta fərdi şirkətlər tərəfindən təqdim edilən rəqəmsal vəsaitlərə alternativ variant olmalıdır. Qeyd etmək lazımdır ki, Facebook özünün Libra adlı kriptovalyutasını hələ bu ilin yay fəslində anons etmişdi. Layihə gələn ilin iyun ayında istifadəyə verilməlidir. İlkin mərhələdə həmin layihəyə 20 şirkət daxil oldu. Lakin həmin şirkətlər sonradan layihədən çıxmağa başladılar. Belə ki, oktyabr ayında sözügedən layihədən PayPal, Mastercard, eBay, Visa, StripeMercado Pago kimi şirkətlər çıxmışdılar.
    Linki kopyala