drzeka zeka kartları

Facebook`un Messenger emosiyaları çox bəyənildi.

12.06.2017 0 PAYLAŞIM 264 OXUNMA

Facebook`un Messenger emosiyaları çox bəyənildi.

Facebook`un məşhur mesajlaşma xidməti  olan Messenger ​​istifadəçilərinin emosiyalar xüsusiyyətindən tez-tez istifadə etdiyi görünür.

Facebook, Mart ayında istifadəçilərin Messenger`dəki söhbətlərdə hər bir mesaja ayrı-ayrı emosiya göndərməsini təmin edən xüsusiyyətini təqdim etmişdi. Bu bəyən xaricində variantlar təqdim edən reaksiyalı emosiyaların Facebook tətbiqi üçün ilk olaraq 2016-cı ilin fevral ayında təqdim edilmiş olduğunu da xatırladaq.

Facebook Messenger emosiyaları 2 milyard dəfə istifadə edildi!
Social Media Today xəbərinə görə, emosiya xüsusiyyəti Messenger`də ​​olduqca məşhur olduğunu sübut etdi. Buna görə xüsusiyyətin aktivləşməsindən sonra keçən 2 ayın sonunda istifadəçilər 2 milyarddan daha çox  reaksiya emosiyalarından istifadə edib.

Facebook, əsas tətbiqində emosiyalar xüsusiyyətinin ilk birinci ildə 300 milyard dəfə istifadə edildiyini açıqlamışdı. Bu rəqəm, ayda 25 milyard istifadəyə bərabər olaraq qarşımıza çıxır. Təbii ki Facebook Messenger`in hələ qarşısında uzun bir yol var, ancaq platformanın istifadə məqsədinin fərqli olduğunu da unutmamaq gərək.


Facebookun paylaşdığı məlumatlara görə;

İstifadəçilər mənfi olanlardan daha çox müsbət emosiyalardan istifadə etməyi üstün tutub.
18-24 yaş arası daha yaşlı qruplara görə emosiyaları iki qat daha çox istifadə edir və daha çox müxtəlif emosiyalar göndərirlər.
Analar Günü, Eşq emosiyasının ən çox istifadə edildiyi gün olub.

 



<