Facebook'un vahid messencer platforması iMessage servisinə ciddi rəqib ola bilər

Facebook'un vahid messencer platforması iMessage servisinə ciddi rəqib ola bilər

11.03.2019 PAYLAŞIM

    Artıq məlumdur ki, Facebook şirkəti Messenger-i, Instagram-ı və Whatsapp-ı vahid bir messencerdə birləşdirmək üzrə çalışır. Slate saytının yeni hesabatında jurnalistlər bu cür qərarın Facebook şirkətini Apple ilə rəqabətin yeni səviyyəsinə necə qaldıracağını aydınlaşdırıblar. Bu barədə Macdigger saytı xəbər verib. Analitiklərin fikrincə Facebook ilə Apple bir-birilərini tamamlayırlar: İnsanlar iPhone smartfonlarını alırlar və həmin smartfonlar vasitəsilə Facebook-dan və Instagram-dan istifadə edirlər. Bununla yanaşı bir çoxları iPhone vasitəsilə ünsiyyət üçün iMessage yerinə Facebook platformasından istifadə edirlər. Bu isə öz növbəsində Android kimi digər platformalara keçidi daha da sadələşdirir.

    “Əla interfeysə və mesajların end-to-end şifrələnməsi özəlliyinə sahib olan iMessage messenceri Apple şirkətinin əsas üstünlüyü idi və bu üstünlük hesabına şirkət istifadəçilərin Androiod platformasına keçid etmələrinin qarşısını ala bilirdi. Yüksək tələbata baxmayaraq Apple şirkəti heç zaman iMessage platformasının Android versiyasını hazırlamağı planlaşdırmırdı. Bununla paralel olaraq Google şirkəti Android üçün keyfiyyətli mesajlaşma platforması yaratmağa cəhd edirdi. Lakin Google buna nail ola bilmədi. Buna görə də bir çox Android istifadəçiləri Facebook Messenger və Whatsapp-dan istifadə etmək qərarını verdilər” – deyə şirkət hesabatında qeyd edilib.

Bənzər xəbər


    Mütəxəssislər qeyd ediblər ki, ABŞ-da iMessage öz istifadəçi kütləsinin sayı baxımından Facebook-u üstələyir. Mark Zuckerberg özü də bir neçə dəfə iMessage platformasını Facebook şirkətinin ən böyük rəqiblərindən biri adlandırmışdı. Bundan əlavə olaraq o qeyd etmişdi ki, Messenger, Instagram və Whatsapp platformalarının bir vahid messencerdə birləşdirilməsinin əsas məqsədi iMessage kimi təhlükəsiz servisin yaradılmasıdır. Müəyyən vaxtdan sonra Facebook-un iMessage platformasını tam əvəz edib-etməyəcəyi məlum olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×