
Falcon Heavy bugün Marsa yola düşəcək (VİDEO)
Elm & Texnologiya
06.02.2018
Emil
Bugün Elon Musk-ın “SpaceX” şirkəti ilk dəfə Falcon Heavy raketinin test uçuşunu reallaşdıracaq.
Uçuşun startı Bakı vaxtı ilə təqribi
olaraq 23:00-dan sonra olacaq. Şirkət üçün vacib olan bu hadəsinin keçirilməsi
münasibətilə o, uçuşun imitasiyasını təsvir edən 3D videonu təqdim edib. Həmin
videoda bu uçuşun necə reallaşacağı əks olunub. Qeyd etmək lazımdır ki, Falcon
Heavy tarix ərzində insan tərəfindən yaradılmış ən güclü raketdir.
Onun yük daşıma
gücü 64 tondur. Maraqlısı ondadır ki, Falcon Heavy üçün seçilmiş vacib yük
qismində Musk-ın şəxsi Tesla Roadster avtomobili olacaq. Onun daxilində isə
süni astronavt yerləşdiriləcək. Beləliklə Falcon Heavy Mars planetinə adi yükün
yerinə elektromobil aparacaq. Musk-ın ideyasına əsasən bu avtomobil
milyardlarla il ərzində Mars planetinin orbitintə qalacaq. Sonda olan video isə
start uçuşu zamanı işə düşəcək canlı yayımdır. İzləməyi unutmayın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
