Falcon Heavy raketinin növbəti uçuş missiyasının tarixi məlum oldu

Falcon Heavy raketinin növbəti uçuş missiyasının tarixi məlum oldu

Texnologiya
18.03.2019 PAYLAŞIM

    SpaceX şirkətinin ağır raketi olan Falcon Heavy 7 aprel tarixində Lockheed Martin şirkətinin innovasiyalı peykini Yer kürəsinin orbitinə çatdıracaq. Daha sonra isə raket Yer kürəsinə geri qayıdacaq. Beləliklə Elon Musk ilk dəfə hər 3 raket blokunun enişini reallaşdırmağı planlaşdırır. Bu barədə Hightech.plus saytı xəbər verib. SpaceX şirkəti öz ağır raketin yeni uçuşu üçün sorğunu hələ yanvar ayında vermişdi. Məlumatlarda qeyd olunurdu ki, raketin uçuşu yaz fəsli üçün planlaşdırılır. CNBC saytı xəbər verib ki, uçuş aprel ayının əvvəlində baş tutmalıdır. Çox güman ki, 7 aprel tarixində.

    Sözügedən missiya çərçivəsində raket Yer kürəsinin orbitinə Səudiyyə Ərəbistanın Arabset şirkəti üçün telekommunikasiya peykini çatdrmalıdır. Sözügedən peyk isə Lockheed Martin şirkətinin mühəndisləri tərəfindən hazırlanıb. Qeyd etmək lazımdır ki, Falcon Heavy-nin ilk uçuşu keçən ilin fevral ayında reallaşdırılmışdı. Həmin uçuş çərçivəsində raket uğurlu şəkildə Tesla Roadster elektromobilini kosmosa göndərmişdi. İlk uçuş çərçivəsində şirkət ilk iki raket blokunu uğurlu şəkildə endirmişdi. Lakin üçüncü sürətləndirici blok saatda 480 km sürətlə Atlantik okeanına eniş etmişdi. Halbuki üçüncü blok Atlantik okeanında yerləşən xüsusi platformaya eniş etməli idi.

Bənzər xəbər


    SpaceX ümid edir ki, bu dəfə hər üç raket blokunun enişində heç bir problem yaşanmayacaq. Məlumatda qeyd edilib ki, mühəndislər üçüncü raket blokunu təkmilləşdiriblər. Mənbələrin verdikləri məlumata əsasən raket kosmodromda artıq start vəziyyətində quraşdırılıb. Yaxın müddət ərzində şirkət raketin mühərriklərinin testini aparmalıdır. SpaceX şirkətinin növbəti missiyaları məhz Arabsat 6A missiyasının necə keçəcəyindən asılıdırlar. Belə ki, bu missiya uğurlu keçərsə, şirkətin növbəti missiyası ABŞ-ın hərbi hava qüvvələri ilə bağlanmış müqavilə çərçivəsində relllaşdırılacaq. Həmin missiya şirkətə 130 milyon dollar gəlir gətirməlidir. Beləliklə Falcon Heavy raketinin icarəsi ortalama 90-150 milyon dollara başa gəlir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..

×