main-post-cover

    Fast: Dünyanın ən böyük və ən həssas teleskopu artıq Çində işləyir

    Elm & Texnologiya
    23.01.2020
    Nijat Hamid
            Çin, 1 ay əvvəl dünyanın ən böyük və ən həssas teleskopu olan Fast-ın testlərini tamamladı. Çinin yerli TV-lərindən olan Xinhua nəhəng teleskopun artıq işlədiyini bildirdi. 500 metr genişliyə malik olan teleskop kosmos və kosmik cisimlər ilə bağlı daha dəqiq, həmçinin bilinməyən məlumatları əldə etməyə kömək edəcək.

    Bu teleskop dünyanın ən böyük və həssaslığı ən yüksək olan teleskop cihazıdır.

            Çin 
    mütəxəssislərinin dediklərinə görə bu teleskop həcminin 4 qatı qədər genişlənə bilir. Həmçinin qeyd olunur ki, bu teleskopdan bütün elm adamları istifadə edə bilər. Qısaca, Çin heç də ondan gözlənilməyəcək bir davranış göstərərək bu teleskopu dünyaya açıq elan edir. 170 milyon dollar kimi bir büdcəylə hazırlanan FAST əslində 1994-cü ildən bu yana planlanırmış. 2011-də inşaatı başlayan cihazın 2016-da tamamlanması ilə testlərə başlanılır.
            Çinli mütəxəssislər deyir ki, FAST bu günə qədər aşkarlanmayan kosmik cisimləri, kosmik hadisələri aşkarlamaq üçün istifadə ediləcək. Görünən odur ki, kosmosu daha yaxşı anlamağa və daha dəqiq kəşf etməyə başlayacağıq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər