FBI'dan iPhone açıqlaması:  Ölü insanlardan istifadə edirik

FBI'dan iPhone açıqlaması: Ölü insanlardan istifadə edirik

Texnologiya
24.03.2018 PAYLAŞIM

  Amerika Federal Təhqiqat Bürosu və ya FBİ bildiyimiz kimi cinayətkarlarla birliktə onlarin texnologi avadanlıqlarını da ələ keçirir. Qırılması çətin sistem olan iOS bu səbəbdən bir çox cinayətkar üçün ideal seçim olur. Bildiyimiz kimi AppleFBI arasında çoxlu problemlər olur. Bunların ən əsas səbəbi Apple şirkətinin FBI şəxsləri ilə heç bir istifadəçi məlumatlarını paylaşmaması və ələ keçirilən Apple cihazlarının açılmasında heç bir yardım etməməsidir. FBI isə fərqli yollar istifadə edərək öz istəklərinə çatırlar ki, bu yollardan 1-ini medyaya açıqladılar.

FBI iPhone cihazlarının TouchİD kilidini açmaq üçün ölü insanların barmaqlarından istifadə edirlər.    


   Ayrıca Federal Büro-nun açıqlamalarına görə, yeni iPhone X modelində olan FaceİD funksiyası onlara TouchİD-dən daha çox problem və çətinlik yaradır. FBI tibb eksperti olan Bob Moledor-un dediklərinə görə cinayətlərlə bağlı ətraflı məlumat əldə etmək üçün ölən  insanların barmaqlarından istifadə edərək cihazların şifrələrini açmağa çalışırlar. Qeyd etmək lazımdır ki, bu yol tamamilə leqal hesab edilir və heç bir şəkildə qanundan  kənar iş kimi hesab edilmir. ABŞ-da baş verən San Bernardino hadisəsində FBI agentliyi  Apple şirkətindən cihazların açılması üçün yardım istəmişdi, lakin şirkət heç bir istifadəçinin şəxsi məlumatlarını paylaşmayacağını bildirib bu təklifi rədd etmişdi. Digər tərəfdən, əgər telefonu ələ keçirilən şəxs hadisədən əvvəl ölmüşsə telefonu açmaq üçün sadəcə onun barmaqlarına ehtiyac olur. FaceİD texnologiyası nəzərə alındıqda isə işlər biraz çətinləşir. Bildiyimiz kimi FaceİD texnologiyasında gözlərin irisi oxunur və həmçinin istifadəçinin üz quruluşu qeydə alınır. Ölən şəxslərdə gözlərdə qaralmalar və sifətdə olan dəyişikliklər səbəbi ilə telefonu açmaq olmur. Amma burada FBI-dan danışırıq. Çox güman ki, Federal Büro FaceİD üçün də ideal bir yol tapacaqdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×