FBI rəhbərliyindən xəbərdarlıq: Kameraları Bağlayın!

FBI rəhbərliyindən xəbərdarlıq: Kameraları Bağlayın!

19.09.2017 PAYLAŞIM

Xüsusilə Mark Zukerberqin bu fotonu paylaşmasından sonra dünyada cihazların kameralarından izlənildiyimiz, bizə bir daha xatırladıldı. Böyük söz-söhbətlər yaradan belə hallara qarşı FBI, CIA kimi orqanlardan da reaksialar gəlmişdi. Əslində "Snowden" filminə baxanlar, nə haqqında danışdığımızı yaxşı bilirlər.

Komputerinizdə yerləşdirilən kameralar vasitəsilə siz izlənilirsiniz?

Çox insan bunun mümkünsüzlüyünü düşünsə də, xüsusən Mark Zukerberq kimi bir adamın da komputerinin kamerasını bağlaması, bir daha bu mövzu ətrafında bizi, düşünməyə vadar edir. Bu hadisədən sonra məsələyə daha bir reaksiya FBI-ın vəzifəli şəxslərindən biri olan James Comey-dən gəldi. Açıqlamalarının birində Comey, öz şəxsi komputerində daxili web kamera istifadə etmədiyini bildirib. Bu açıqlaması ilə qınaq obyekti olan Comey, çıxış etdiyi bir konfrans sırasında aşağıdakı fikirləri səsləndirib:


"Açıqlamamla bağlı qınaq dolu mesajlar aldım və mən də öz növbəmdə həmin adamları qınayıram. İnsanlar maşınlarını, evlərini hətta kofe qurğularını belə internetə bağlayıblar. İnternetin inkişafı artıq bütün cihazlarda öz əksini tapır. Mən özüm də bunları edirəm. Lakin bunlara qarşı təhlükəsizlik tədbirləri almaq mütləqdir. Hətta, FBI ofisi daxilində belə bunları edirlər. Deyəsən, 2008-ci ildə 1.8 milyon yahoo istifadəçisinin kameralarından çəkilən rəsmlərin dövlətin serverlərinə ötürülməsini unutmusuz"

Kameraları bağlamaqla siz bu problemə kiçik həll tapa bilərsiniz. Sadəcə bir band yapışdırmaq kifayət edir. Lakin günümüzdə olan ən təhlükəli kameralar internetə bağlı olan IP təhlükəsizlik kameralarıdır. Demək olar ki, bu kameralar hər an xakerlərin müdaxiləsinə məruz qala bilər.

Biz kameralarımızı bağlayırıqmı?

Bəli bağlayırıq. Açığı bizim məlumatlar heç kəsə lazım olmaz deyə düşünsəz də, bağlamağınızda fayda var. Bəlkə nə zamansa lazım oldunuz :)

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×