Logo
    main-post-cover

    Fərqli dizayna və 3 arxa kameraya sahib bilinməyən Nokia smartfonunun fotosu yayıldı

    Elm & Texnologiya
    25.12.2018
    Emil
        Çinin Weibo adlı sosial şəbəkəsində bilinməyən Nokia modelinin fotoları yayılıb. Fotoları yayılmış Nokia modelinin dizaynı indiyənə kimi bu brend altında satışa çıxmış bütün smartfonların dizaynlarından fərqlənir. Məlumata əsasən bu, şirkətin yeni flaqman modeli ola bilər. Bu barədə Gizmochina saytı xəbər verib. Bu il satışa çıxmış bir çox Nokia smartfonları ekran üzərində çıxıntı hissəyə və ikili arxa kameraya sahib idilər.

        Yayılmış fotolardan da görmək olar ki, yeni Nokia smartfonu eyni dərəcədə nazik çərçivələrə sahibdir. Sadəcə cihazın alt çərçivəsi bir qədər qalındır. Smartfonun ön panelində kamera yoxdur. Bu isə o deməkdir ki, ön kamera cihazın gövdəsinə yerləşdiriləcək. Çox güman ki, şüşədən hazırlanmış arxa paneldə is üçlü kamera yerləşir. İndiyənə kimi heç bir Nokia modelinin arxa panelində 3 kamera olmamışdı.
        Bununla yanaşı arxa paneldə Zeiss sözünə də rast gəlinmir. Bu isə o deməkdir ki, sözügedən smartfon ya prototipdir yada satış öncəsi  xüsusi versiyadır. Sözügedən Nokia modelinin texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Lakin güman olunur ki, o, Snapdragon 845 prosessoru ilə təchiz olunacaq. Çox güman ki, bu smartfon gələn il 5 arxa kameralı Nokia 9 PureView modeli ilə birlikdə təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər