
'Ferrari'nin CEO-su: 'Elektromobillər, planetə ziyan vurur'
Elm & Texnologiya
09.10.2017
Emil
“Fiat Chrysler”, “Alfa Romeo” və “Ferrari” kimi şirkətlərin CEO-su Sergio Marchionne bildirib ki, elektromobillərin sayının artması, CO2 qazının ifrazının miqdarını azaltmaq yerinə, daha da çoxaldacaq.
Bu onunla bağlıdır ki, günümüzdə
elektroenerjinin əsas mənbəyi kimi kömür olaraq qalır. Bu barədə Gas2.org saytı
xəbər verir.
“Həmişə düşünülüb ki, elektromobillər, planeti, CO2-dən qoruyurlar. Lakin nəzərə almaq lazımdır ki, bu avtomobillərdən istifadənin bütün ömür dövrü, elektroenerjinin istehsalının yüksəlməsinə gətirib çıxardır. Nəticə olaraq isə atmosferə zərərli qazların ifrazı artır” – deyə Sergio Marchionne, Trento Universitetindəki çıxışı zamanı bildirib.
Onun sözlərinə əsasən bir çox
ölkələr, vaxtından əvvəl, insanları, elektromobil alışına stimullaşdırır. İlk
öncə həmin elektromobillərin, təmiz enerjidən istifadə edəcəklərinə əmin olmaq
lazımdır. Bu, CO2 qazının təhlükəli miqdarda ifrazına gətirib çıxara bilər və nəticədə
planetin ekologiyası təhlükə altında qala bilər. Alternativ kimi o, təbiət qazı
əsasında çalışan yanacaqlı mühərrik avtomobillərindən istifadəni məsləhət
görür. Lakin o nəzərə almır ki, təbiət qazının istehsalı zamanı metanın
atmosferə ifrazı baş verir. O isə CO2-dən daha zərərli parnik qazıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
