
Figure AI robotlarının məişət işlərini necə gördükləri nümayiş etdirilib (VİDEO)
Elm & Texnologiya
21.02.2025
Emil
2 həftə əvvəl ABŞ-ın Figure AI şirkəti OpenAI ilə əməkdaşlıqdan imtina etdi və dünən öz insanabənzər robotlarının təbii dildə verilən əmrləri başa düşmək qabiliyyətini nümayiş etdirdi. Bu əmrlər VLA modeli olan Helix tərəfindən emal edilir. VLA modeli - machine vision sistemi ilə böyük dil modelinin birləşməsidir. Bu yanaşma robotlara vizual təsvirləri və dil əmrlərini birləşdirərək müxtəlif əməliyyatları öyrənməyə imkan verir. Bu texnologiya praktiki olaraq nə ilə nəticələnir?
Robot əvvəllər görmədiyi əşyalarla manipulyasiya edə bilir.
Təbii dildə səsli əmr aldıqda, ətraf mühiti vizual olaraq təhlil edir.
Daha sonra analiz nəticələrini nəzərə alaraq, tapşırığı yerinə yetirir.
Bu, robotların adaptivliyini və müstəqil qərarvermə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Helix modeli Figure robotlarının cüt şəkildə işləməsinə və məişət əməliyyatları zamanı bir-biri ilə qarşılıqlı əlaqə qurmasına imkan verir. Bu o deməkdir ki, gələcəkdə ev robotları birlikdə işləyərək bir-birinə kömək edə və ümumi məhsuldarlığı artıra biləcəklər. Figure şirkəti öz 02 robotlarının imkanlarını tipik məişət mühitində nümayiş etdirib, halbuki belə bir mühit robotlar üçün ən mürəkkəb iş şəraitlərindən biri hesab olunur. Robot istehsalçıları üçün idarə olunan və proqnozlaşdırıla bilən sənaye mühitlərində işləyən robotlar yaratmaq daha asandır.

Bu səbəbdən funksional insanabənzər ev robotlarının bazara çıxışı hələ uzaq perspektiv kimi qiymətləndirilir. Robotların məişət əməliyyatlarını yerinə yetirməyi öyrənmələri proqram təminatının inkişafına böyük investisiya və minlərlə təcrübə aparılmasını tələb edir. Bu cür robotları ənənəvi proqramlaşdırma üsulları ilə hazırlamaq mümkün deyil. Bu səbəbdən evdə köməkçi robotlar yaratmağın yeganə effektiv yolu onların öz-özünə öyrənməsi, yəni süni zəka vasitəsilə adaptasiya olunmasıdır. Ev mühiti çoxsaylı dəyişkənlərə malikdir və robotlar daim yeni şəraitlərə uyğunlaşmalı olacaqlar. Buna görə müvafiq proqram təminatının təkmilləşdirilməsi uzun zaman və ciddi resurslar tələb edəcək.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Çinlilər Yer orbitindən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilən kamera hazırlayıblar
Çinli alimlər Lasers adlı elmi jurnalda bu günə qədər yaradılmış ən mükəmməl kamera haqqında məlumat yayıblar. Bu kamera 100 km məsafədən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilir.

Elm & Texnologiya
Səudiyyə Ərəbistanında futuristik şəhərin tikintisinə start verilib
Səudiyyə Ərəbistanında 170 km uzunluğunda futuristik şəhər olan The Line layihəsinin ilk hissəsinin tikintisinə start verilib.

Elm & Texnologiya
Havadan CO2-ni udan neft hasilatı gəmisi inşa edilib
Hesablamalara görə, neft və qaz hasilatı qlobal enerji sektorunun ümumi karbon qazı emissiyalarının 15%-ni təşkil edir. Çində bu problemi radikal şəkildə həll etməyə qərar veriblər - neft hasilatı üçün nəzərdə tutulmuş bir gəmi birbaşa hasilat zamanı ayrılan CO2-ni udan sistemlə təchiz edilib.

Elm & Texnologiya
Atmosferdən CO2-ni yığaraq yanacaq istehsal edən reaktor prototipi hazırlanıb
Böyük Britaniyanın Kembric Universitetinin alimləri atmosferdən karbon qazını tutaraq günəş enerjisi vasitəsilə sintetik yanacaq istehsal edən qurğu hazırlayıblar. İdeal halda, belə bir sistem uzaq bölgələrdə yaşayan insanlar üçün faydalı ola bilər.

Elm & Texnologiya
Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
Meta süni zəka əsasında insanabənzər robotlar hazırlamaq üçün yeni şöbəsini yaradır. Bu robotlar insanlara fiziki tapşırıqları yerinə yetirməkdə kömək edə biləcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
