Film studiyası Google ilə birlikdə yeni filmin uğur səviyyəsini süni zəka sayəsində öncədən təyin edir

Film studiyası Google ilə birlikdə yeni filmin uğur səviyyəsini süni zəka sayəsində öncədən təyin edir

Texnologiya
05.11.2018 PAYLAŞIM

    20th Century Fox studiyasının və Google Cloud servisinin böyük məlumatlar üzrə mütəxəssisləri filmlərin videolarını analiz edərək onların kütləsini təyin etməyi bacaran xüsusi tətbiqdən istifadə edirlər. Merlin adlı tətbiq filmin janrını təyin etmək üçün onun videosundakı olan obyektləri, kadrları və süjet şablonlarını təyin edir. Sistem təsviri skan edərək “saqqallı şəxs”, “silah”, “avtomobil” və s. kimi şablon məlumatları təyin edərək filmin komediya və ya başqa janrda olduğunu aydınlaşdırır. Məsələn Merlin üçün filmdəki personajların böyük və uzunmüddətli kadrları filmin dram janrında olmasını göstərir. Filmdəki kadrların sürətli və mütəmadi dəyişməsi isə onun üçün boevik film xarakteri daşıyır.

    Bütün bu proseslərdən sonra sistem filmlərin təsnifatını aparır və izləyicilərin əvvəlki illərdə hansı filmlərə üstünlük verdiklərini analiz edir. Bununla sistem insanların yeni çıxacaq filmə bilet alıb-almayacaqlarını təyin edir. Bu sistem 2017-ci ildən fəaliyyət göstərir və 20th Century Fox studiyası bu sistemdən istifadə edərək hansı filmlərin istehsalı ilə məşğul olmağı və istehsal edilmiş filmləri izləyicilər arasında necə uğurlu inkişaf etdirməyi planlaşdırır. Tərtibatçılar sistemin iş prinsipini “Logan” filminin misalında başa salıblar. İlkin mərhələdə Merlin sistemi filmin trailerini analiz edərək ordakı vizual obyektləri (ağaclar, maşınlar, personajların xarici görünüşləri) təyin edir. Digər filmlərin də trailerlərinin analizi nəticəsində sistem “Logan” filmini izləyəcək izləyicilərə böyük ehtimalla xoş gələcək filmlərin reytinqini tərtib edir.

Bənzər xəbər


    İzləyicilər arasında aparılmış sorğu nəticələri ilə süni zəka sisteminin nəticələrini müqayisə etmiş şəxslər aşkar ediblər ki, Merlin sistemi 50% ehtimalda düzgün nəticələr verib. Sistem həqiqətən də düzgün nəticə çıxardıb ki, “Logan” filmini bəyənmiş izləyicilər super qəhrəmanlar haqqında olan digər filmləri də (“Doctor Strange”, “X-Man” və s.) bəyəniblər. Digər film şirkətləri də yaxın zamanda bu cür sistemdən istifadə etməyi planlaşdırırlar. Lakin buna baxmayarq film tənqidçiləri bu cür sistemlərə skeptik yanaşırlar. Belə ki, onlar düşünürlər ki, sistem personajın xarizması və ya onun filmdə etdyi uğurlu zarafatları kimi faktorları nəzərə almır. Bu cür faktorlar da hansısa filmin uğurunun əsas hissələrindən biridirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×