
Fitnes tətbiqi məxfi hərbi bazaları aşkara çıxardı
Elm & Texnologiya
29.01.2018
Emil
Strava Android və iOS üçün olan ən məşhur fitnes tətbiqlərindən biridir.
Onun əsas funksiyalarından biri də
digər istifadəçilərin qaçış marşrutlarını görməkdir. Keçən ilin Noyabr ayında
Strava tətbiqinə qlobal xəritə əlavə olundu və həmin xəritədə digər istifadəçilərin
qaçış və velosiped marşrutları işıq zolaqları şəklində qeyd olunmuşdu. Lakin burda
bir problem yarandı. Tətbiq bir sıra məxfi hərbi bazaların yerini də aşkar
edib.

Sözügedən problem barəsində hərbçilər xəbər veriblər. Belə ki, onlar sözügedən
hərbi bazalarda idmanla məşğul olduqları zaman Strava-dakı izlənmə funksiyasını
deaktiv etməyi unudublar. Beləliklə hərbçilərin İraqda, Suriyada, Əfqanıstanda
və Somalidəki məxfi bazalarını hər kəs görüb. Məsələn kimsə hərbi baza ətrafında
idmanla məşğul olurdusa tətbiq avtomatik şəkildə həmin bazanın sxemini tərtib
edirdi.

Məsələ burasındadır ki, tətbiq nəinki məlum olan hərbi bazaları həmçinin
həqiqətən də digər məxfi bazaları aşkara çıxarıb. Məsələn məlum olub ki, məşhur
51-ci Zona adlı hərbi bazanın ətrafında velosiped yolu var. Bu hadisədən
çıxarılmalı nəticə çox sadədir. Əgər siz hansısa məxfi bazada çalışırsınızsa, ən
azından istifadə etdiyiniz cihazın GPS funksiyasını söndürün.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
