Flaqman funksiyalara sahib Samsung Galaxy A6 və Galaxy A6 Plus təqdim olundu

Flaqman funksiyalara sahib Samsung Galaxy A6 və Galaxy A6 Plus təqdim olundu

Texnologiya
02.05.2018 PAYLAŞIM

Çoxlu sayda sızıntılardan sonra Samsung şirkəti sonunda Galaxy A6Galaxy A6 Plus smartfonlarını təqdim etdi. Bu barədə Phonearena saytı xəbər verib. Sözügedən yeni modellər Galaxy J, Galaxy A və hətta Galaxy S seriyalarının fərqləndirici özəlliklərini özlərində birləşdiriblər. Hər iki smartfon 18.5:9 nisbətli böyük Super AMOLED ekranlara sahibdir. Belə ki, Galaxy A6 1480x720 piksel keyfiyyətli 5.6 inç ekranla, Galaxy A6 Plus isə 2220x1080 piksel keyfiyyətli 6 inç ekranla təchiz olunub.


Bənzər xəbər


Yeni smartfonlarda barmaq izi skanı texnologiyası və ikili arxa kameralar Galaxy S9Galaxy S9 Plus modellərindəki kimi yerləşdirilib. Şirkət əsas diqqəti smartfonların kameralarına ayırıb. Belə ki, adi Galaxy A6 f/1.7 diafraqmalı 16 MP-lik arxa kameraya sahibdir. Onun sayəsində hətta yaxşı işıqlandırılmamış mühitdə də keyfiyyətli fotolar əldə etmək olar. Smartfon həmçinin f/1.9 diafraqmalı 16 MP-lik ön kamera ilə də təchiz olunub. Galaxy A6 Plus modeli isə 16 MP (f/1.7 diafraqmalı) + 5 MP (f/1.9 diafraqmalı) ikili arxa kamera ilə təchiz olunub.


Əlavə kamera saysəində istifadəçilər arxa fonun bulanıq şəkildə düşmüş fotolar əldə edə bilərlər. Smartfon həmçinin f/1.9 diafraqmalı 24 MP-lik ön kamera ilə də təchiz olunub. Texniki göstəricilərə gəldikdə isə Galaxy A6 8 nüvəli Exynos 7870 prosessoru, Galaxy A6 Plus isə 8 nüvəli Snapdragon 450 prosessoruna sahibdir. Hər iki model 3/4 GB RAM və 32/64 GB daxili yaddaş ilə təchiz olunub və onların hər ikisi microSD girişini dəstəkləyir. Galaxy A6 3000 mAh, Galaxy A6 Plus isə 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki cihaz Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonlar bu ay satışa çıxacaq. Samsung onların qiymətləri barəsində heç bir məlumat verməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×