Flaqman göstəricilərə və orta qiymətə sahib Huawei Honor 10 təqdim olundu

Flaqman göstəricilərə və orta qiymətə sahib Huawei Honor 10 təqdim olundu

Texnologiya
19.04.2018 PAYLAŞIM

Huawei şirkəti bugün Honor 10 smartfonunu təqdim etdi. Təqdim olunmuş smartfon müəyyən mənada Huawei P20-yə bənzəyir. Lakin bəzi texniki özəlliklər və qiymət baxımından ondan fərqlənir. Honor 10 ilk növbədə xarici görünüş ilə diqqəti cəlb edir. Smartfon ön paneldən 19:9 nisbətli 5.84 inç LCD ekran, yuxarı hissədən kiçik çıxıntı və ekran altında barmaq izi skanı ilə təchiz olunub. Arxa paneldə isə o, üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera və işıqlandırma sisteminə sahibdir.


Bənzər xəbər


Təqdimat zamanı əsas diqqət smartfonun kameralarına ayrılmışdır. Honor 10 16 MP (f/1.8 diafraqmalı) + 24 MP arxa kameraya sahibdir. Smartfonun kameralarında həmçinin süni zəka texnologiyasından istifadə olunur. Beləliklə şirkətin digər smartfonları kimi Honor 10 da kadrdakı səhnələri təyin edərək ən optimal çıkiliş parametrlərini təqdim edir. Bununla yanaşı sözügedən smartfonun kameralarında işıqlandırmanın kompensasiyası funksiyası reallaşdırılıb. Bu funksiya sayəsində kadrdakı arxa fonu dəyişərək ona studiya işığı əlavə etmək olur. Smartfon həmçinin f/2.0 diafraqmalı 24 MP-lik ön kameraya sahibdir.


Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 970 və əlavə süni zəka prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş və sürətli enerji yığma özəlliyinə sahib 3400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin məlumatına əsasən smartfon 50% enerjini 25 dəqiqə ərzində yığır. Honor 10 EMUI 8.1 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 27 Aprel tarixindən satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 415$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 480$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×