Flaqman HTC U11+ və büdcəli U11 Life modelləri təqdim olundular (VİDEO)

Flaqman HTC U11+ və büdcəli U11 Life modelləri təqdim olundular (VİDEO)

Texnologiya
03.11.2017 PAYLAŞIM

Dünən “HTC” şirkəti özünün flaqman modeli olan U11 smartfonunun büdcəli və çərçivəsiz ekranlı versiyasını təqdim etdi.

U11 Life adlı model, U11-in büdcəli versiyasıdır. Beləliklə bu smartfon vasitəsilə şirkət orta seqmentin bir hissəsini özünə götürmək istəyir. Əgər U11 alüminiumdan hazırlanırdısa, U11 Life-ın korpusu plastikdən hazırlanıb. Bununla yanaşı Life versiyasnın da rəngi U11-dəki kimi Sapphire Blue-dur. U11 Life IP67 standartli sudan və tozdan qorunma özəlliyinə və Edge Sense funksiyasına sahibdir. Smartfonda ənənəvi 3.5 mm-lik audiogiriş yoxdur. Buna görə də komplektdə smartfon USB-C qulaqlıqları ilə satışa çıxacaq.



Digər texniki göstəricilərinə gəldikdə isə U11 Life 5.2 inç Super LCD Full HD ekran (Gorilla Glass qoruyucu şüşəli), Snapdragon 630 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş, f/2.0 diafraqmalı və 4K çəkiliş özəllikli 16 MP-lik arxa, 1080p keyfiyyətində çəkiliş özəllikli 16 MP-lik ön kamera və 2600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Lakin növbəti il ərzində onun Android 8.0 Oreo-ya kimi yenilənəcəyi gözlənilir. Smartfon bugündən satışa çıxır və Avropa bazarında 379 avro qiymətinə satılacaq.

U11+ modeli adi U11-ə çox bənzəyir. Belə ki, o da eyni çip, kamera, RAM və digər göstəricilərə sahibdir. Lakin U11+ modelinin əsas özəlliyi onun böyük ekrana sahib olmasındadır. Smartfon 2880x1440 piksel keyfiyyətli 6 inç Super LCD ekran ilə təchiz olunub. Ekranın korpusa nisbəti isə 18:9-dur. Yəni o çərçivəsizdir və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə örtülüb.. Bu versiyada barmaq izi skanı smartfonun arxa panelində yerləşdirilib.


Texniki göstəricilərinə görə U11+ 8 nüvəli Snapdragon 835 prosessoru, 3/4 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəkli), f/1.7 diafraqmalı 12 MP-lik UltraPixel kamera, f/2.0 diafraqmalı 8 MP-lik ön kamera və Quick Charge 3.0 özəllikli 3930 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu model də Edge Sense texnologiyasına sahibdir və Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. U11+ bu ayın sonunda satışa çıxacaq və Avropada 699 avro qiymətinə satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×