
Flaqman özəlliklərə sahib Xiaomi BlackShark gamer smartfonu təqdim olundu
Elm & Texnologiya
13.04.2018
Emil
Xiaomi şirkəti tərəfindən maliyyələşdirilən Black Shark
Technology adlı startap sonunda barəsində uzun zamandır ki, məlumatlar gəzən
Xiaomi BlackShark gamer smartfonunu təqdim etdi. Smartfon flaqman modellərinin
texniki göstəricilərini və arxa paneldən parlayan loqonu özündə birləşdirir.
Beləliklə smartfon 18:9 nisbətli 2160x1080 piksel keyfiyyətli 5.99 inç IPS LCD
ekranla təchiz olunub. Sözügedən ekran həmçnin
HDR formatını dəstəkləyir.

Smartfon həmdə 8 nüvəli Snapdragon 845 prosessoru,
Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128 GB daxili yaddaş və 4000
mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi BlackShark-ın
prosessorunun soyudulması üçün böyük radiatorlara sahib xüsusi soyutma
sistemindən istifadə olunur. Şirkətin məlumatına əsasən o, prosessorun yüklənməsi
halında temperaturu 8 dərəcəyə kimi sala bilib. Maksimal tezlikdə CPU-nun
çalışma müddəti 70% yüksəlib. Qeyd etmək lazımdır ki, smartfon microSD girişinə
sahib deyil. Buna görə də istifadəçilər şirkət tərəfindən təqdim olunan daxili
yaddaş ilə yetinməli olacaqlar.

Lakin smartfon 2 SIM kart girişinə sahibdir.
Sözügedən cihaz 12 + 20 MP-lik ikili arxa kameraya və 20 MP-lik ön kameraya
sahibdir. Yaxın zamanda ön kamera üçün xüsusi proqram təminatı təqdim olunacaq.
Həmin proqram təminatı sayəsində ön kamera kadrdakı obyektləri təyin edə biləcək.
Smartfonun korpusunun metaldan hazırlanmış kənarlarında yandırıb/söndürmə və səs
tənzimləyicisi düymələrindən başqa SharkSpace keçidi üçün düymə də yerləşir.
SharkSpace funksiyası smartfonun gücünü maksimal dərəcəyə çatdırır və istifadəçinin
oyundan diqqətini yayındırmamaq üçün smartfona gələn bütün bildirişləri deaktiv
edir.

Xiaomi BlackShark Joy UI interfeysli Android 8.0 Oreo əməliyyat sistemi
vasitəsilə çalışır. 4000 mAh enerji tutumlu batareya sayəsində bu smartfon
vasitəsilə 4 saat ərzində PUBG (Player Unknown’s Battlegrounds) oyununu oynamaq
olar. Batareya həmçinin Quick Charge 3.0 sürətli enerji yığma özəlliyini də
özündə birləşdirir. Smartfon 3.5 mm-lik audiogirişə sahib olmasa da onda olan
USB Type-C girişi həmçinin qulaqlıqlar üçün istifadə olunur. Smartfonun barmaq
izi skanı texnologiyası aşağı hissədə yerləşən düyməyə inteqrasiya olunub.

Gözlənildiyi
kimi smartfon ilə birlikdə həmdə Game Dock adlı gamepad da təqdim olunub.
Sözügedən gamepad analoq düymələri və triggerlərdən ibarətdir. Qalan idarəetmə
sistemi isə smartfon ekranında reallaşdırılır. Gamepad smartfona Bluetooth
vasitəsilə qoşulur və özünün batareyasına sahibdir. Öz batareyası sayəsində bu
gamepad ilə 30 saata yaxın oyun oynamaq mümkündür. Çində Xiaomi BlackShark 20
Aprel tarixində satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya
480$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 560$-a satılacaq.
Game Dock ayrıca olaraq 28.5$-a
satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
