
Forbes Reytinqi: Apple dünyanın ən bahalı brendi seçildi
Elm & Texnologiya
24.05.2018
Emil
ABŞ-ın məşhur Forbes jurnalı
dünyanın ən bahalı 100 brendinin reytinqini tərtib edib. Həmin reytinqə Google,
Microsoft, Facebook və Amazon şirkətləri də daxil olublar. Lakin artıq 8-ci
ildir ki, sözügedən reytinqin birinci yerində məhz Apple şirkəti qərarlaşır.
Beləliklə Forbes jurnalı Apple brendini 182.8 milyard dollar dəyərində qiymətləndirib.
Yəni şirkətin qiyməti keçən ilki göstərici ilə müqayisədə 8% artıb.
İkinci yeri
artıq 3-cü ildir ki, Google şirkəti tutur. Bu dəfə jurnal Google şirkətini
132.1 milyard dollar dəyərində qiymətləndirib. Yəni onun qiyməti 1 il ərzində
30% artıb. Reytinqin ilk üçlüyünü isə Microsoft şirkəti bağlayıb. Onu 104.9
milyard dollar dəyərində qiymətləndiriblər. Yəni onun qiyməti 1 il ərzində 21%
yüksəlib. Forbes-un fikrincə dünyanın ən bahalı brendlərinin ilk Top-10
siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.
1. Apple şirkəti – 182.2 milyard
dollar (illik 8% artım)
2. Google şirkəti – 132.1 milyard
dollar (illik 30% artım)
3. Microsoft şirkəti – 104.9 milyard
dollar (illik 21% artım)
4. Facebook şirkəti – 94.8 milyard
dollar (illik 29% artım)
5. Amazon şirkəti – 70.9 milyard
dollar (illik 31% artım)
6. Coca-Cola şirkəti – 57.3 milyard
dollar (illik 2% artım)
7. Samsung şirkəti – 47.6 milyard
dollar (illik 25% artım)
8. Disney şirkəti – 47.5 milyard
dollar (illik 8% artım)
9. Toyota şirkəti – 44.7 milyard
dollar (illik 9% artım)
10. AT&T şirkəti – 41.9 milyard dollar
(illik 14% artım).
Dünyanın 100 bahalı brendinin
ümumi dəyəri 1 il ərzində 10% artaraq 2.15 trilyon dollar təşkil edib. Həmin
reytinqdə 100-cü yeri KFC tutub. Jurnal onu 7.4 milyard dollar dəyərində qiymətləndirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
