
Ford şirkəti elektrikləşdirilmiş Mustang üzərində çalışır
Elm & Texnologiya
07.09.2018
Emil
Ford şirkəti Mustang seriyasının əsasında yaradılan elektromobilin ilk render fotosunu təqdim edib. Təqdim olunmuş fotodan da görmək
olar ki, elektromobil yeni nəsil Mustang idman avtomobilinə bənzəyir. Bunu əsasən
elektromobilin kuzov forması və arxadakı işıqlandırma sistemi sayəsində hiss
etmək olar. Ford Mustang-ın elektrikləşdirilmiş versiyasının texniki özəllikləri
barəsində məlumatlar verilməyib. Bununla belə məlumdur ki, sözügedən
elektromobil bir dəfə şarj olunandan sonra 480 km yol qətt edə biləcək.
Elektromobilin yaradılmasında Ford şirkətinin yeni şöbəsi olan Ford Team Edition
iştirak edir. Həmin şöbə həmçinin Lincoln adlı eletromobilin hazırlanması ilə də
məşğuldur. Elektrikləşdirilmiş Ford Mustang modelinin 2020-ci ildə satışa
çıxması gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
