
Qeyri-adi oğurluq hadisəsi, Niderlandiyanın Xorst adlı kəndinə yaxın olan A73 yolunda baş verib.
Oğurluq nəticəsində yük maşınından 500.000 avro dəyərində iPhone cihazları oğurlanıb. Cinayəti törətmiş şəxslərin kimliklərini təyin etmək mümkün olmayıb. Lakin niderlandiyalı polislər, Rumıniyadan olan 33-43 yaşlı 5 şübhəli kişini yaxalayıblar. Polislər bu cür hadisələrə skeptik yanaşsalar da, əldə olunmuş dəlillər hər şeyi öz yerinə qoyub. Polisin verdiyi məlumata əsasən oğrular, yuxarısı açıq olan xüsusi yük maşınından istifadə ediblər. Yolda hərəkət edən zaman oğruların idarə etdikləri yük maşını, smartfonları təyinat nöqtəsinə aparan digər yük maşınının arxasına yaxınlaşıb. Daha sonra oğrulardan biri, smartfonların olduğu yük maşınının arxa qapısını sındırıb. Nəticədə oğrular iPhone cihazlarını özlərinin yuxarısı açıq yük maşınına daxil ediblər.
Polislər bildiriblər ki, onlar uzun zamandır ki, yük maşınlarından məhsulların oğurlanması ilə bağlı hadisələrin istintaqı ilə məşğul olurlar. Lakin bu cür hadisə onlara qeyri-real görünüb. Yaxalanmış 5 şübhəli şəxsdən sonra aparılmış axtarış tədbirləri nəticəsində külli miqdarda iPhone cihazları və avtomobil aşkar edilib. Polislər bildiriblər ki, bu cür oğurluq hadisələri Avropada ilk dəfə reallaşdırılmır. Yerli statistikalar əsasən 2015-ci ildən bəri oğrular, 17 yük maşınının qarəti ilə məşğul olublar. Rumıniyalı polislər həmçinin 2012-ci ildə vertolyot tərəfindən çəkilmiş oğurluq hadisəsi videosunu da təqdim edib. Həmin videodakı oğurluq hadisəsi, yenicə baş vermiş hadisəyə çox bənzəyir. Oğurlanmış iPhone-ların aqibəti haqqında isə heç bir məlumat verilmir.
Şərh yoxdur