
Fransa höküməti, Apple-dan 12 milyon avro vergi tələb edir
Elm & Texnologiya
30.05.2017
Emil
Fransanın vergilər idarəsinin məlumatına əsasən “Apple” şirkəti külli miqdarda vergi ödəməsindən yayınıb.
Məlumatda qeyd edilir ki, şirkət, hüquqi boşluqlardan
istifadə edərək 2012-2014-cü illər üçün nəzərdə tutulmuş vergi ödəmələrindən
boyun qaçırdıb. İstintaq nəticələrinə əsasən vergi idarəsi, şirkətin Fransadakı
şöbəsinə əlavə vergi hesablaması aktını təyin edib. Ödəniləcək vəsaitin tam
miqdarı haqqında məlumat olmasa da, məlumdur ki, şirkətin sözügedən şöbəsi
artıq 12.2 milyon avro rezervləşdirib. Məlumata əsasən akt, “Apple Retail France EURL” şirkəti üçün
tərtib olunub. Hüquqi boşluqlardan istifadə edərək şirkət, vergi ödəmələri üçün
nəzərdə tutulmuş külli miqdarda vəsaiti ödəməkdən yayınıb. 2016-cı ilin
Sentyabr ayında başa çatmış maliyyə ilinin yekunları üzrə deklarasiyaya əsasən
“Apple Retail France EURL”nın gəliri 623 milyon avro, zərəri 9.4 milyon avro, “Apple
France SARL” şirkəti ilə birlikdə gəliri isə 700 milyon avro təşkil edib. “Apple”
təmsilçiləri Fransa hökümətinin vergilər üzrə narazılığı haqqında heç bir məlumat
verməyib. Şirkət rəsmiləri qeyd ediblər ki, şirkət, bütün dünyada olan şöbələrinin
vergilərini vaxtı-vaxtında ödəyir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
