Galaxy A 2019 seriyası üçlü arxa kamera və ekranda barmaq izi skanı ilə təchiz olunacaq

Galaxy A 2019 seriyası üçlü arxa kamera və ekranda barmaq izi skanı ilə təchiz olunacaq

Texnologiya
30.07.2018 PAYLAŞIM

    Cənubi Koreyadan olan The Investor mənbəsinin verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy A premium seriyasını tamamilə yeniləyəcək. Məlumata əsasən 2019-cu il Galaxy A seriyasında təqdim olunacaq smartfonlar Galaxy S10 modelinin özəlliklərini kopyalayacaqlar. Yeni məlumatlarda qeyd olunub ki, Galaxy A eriyasının yeni modelləri artıq klassik geniş formatlı ekranlar və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaqlar.

    Bununla yanaşı smartfonların arxa panellərində üçlü kameralar da olacaq. Bildirilir ki, həmin kameralar Galaxy S10-da olacaq üçlü arxa kameradan bir qədər sadə olacaqlar. Lakin bununla yanaşı onlar istifadəçilərin diqqətlərini cəlb etməyə qadir özəlliklərə sahib olacaqlar. Lakin yeni Galaxy A seriyasındakı smartfonların neçə ön kamera ilə təchiz olunacaqları, onların hansı texniki göstəricilərə sahib olacaqları barəsində hələki heç bir məlumat yoxdur. Məlum olan tək şey odur ki, Galaxy A 2019 seriyası gələn ilin birinci rübündə təqdim olunacaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×