main-post-cover

    Galaxy A seriyasının ilk flaqman smartfonu Galaxy A90 5G təqdim olundu

    Elm & Texnologiya
    03.09.2019
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy A seriyasının ilk flaqman smartfon modeli olan Galaxy A90 5G-ni təqdim etdi. Beləliklə Galaxy A90 5G modeli flaqman texniki göstəriciləri, təkmilləşdirilmiş kamera modullarını, 5G şəbəkə dəstəyini və Samsung şirkətinin digər flaqman seriyalarından olan vacib bir xüsusiyyəti əldə edib. Bu barədə Fonearena saytı xəbər verib. Galaxy A90 5G smartfonu Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranı əldə edib. Ekranın üzərində isə damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki götəricilərə gəldikdə isə smartfon Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, Snapdragon X50 5G çipi, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəyi yalnız 6 GB RAM-lıq modeldədir), 48 MP (f/2.0 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, 25 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub.
        Beləliklə Galaxy A90 5G smartfonu Galaxy A seriyasının ilk modelidir ki, Samsung DeX texnologiyasının dəstəyini əldə edib. Bu texnologiya vasitəsilə smartfonu USB naqilin köməyi ilə televizora və ya digər bir xarici ekrana qoşmaq olar. Microsoft Phone tətbiqi vasitəsilə isə smartfondakı kontentləri Windows əməliyyat sistemli kompüterlərdə işə salmaq olar. Galaxy A90 5G smartfonu 14 sentyabr tarixində Cənubi Koreyada 741$ qiymətində satışa çıxacaq. Smartfonun digər bazarlarda nə vaxt satışa çıxacağı barəsində məlumatı isə şirkət daha sonra bildirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər