
Galaxy Buds naqilsiz qulaqlıqlarının yeni fotosu və texniki göstəriciləri ortaya çıxdı
Elm & Texnologiya
13.02.2019
Emil
Sammobile saytı Samsung şirkətinin Galaxy Buds adlı yeni naqilsiz qulaqlıqlarının keyfiyyətli render fotolarını və bəzi texniki göstəricilərini ortaya çıxartdı. Xarici görünüşcə yeni qulaqlıqlar Gear IconX adlı əvvəlki qulaqlıq modelinə bənzəyirlər. Galaxy Buds qulaqlıqlarının özləri 58 mAh enerji tutumlu batareya və 252 mAh enerji tutumlu batareya ilə təchiz olunmuş şarj keysinə sahib olacaqlar. Məlumata əsasən yeni qulaqlıqlar həmçinin Bluetooth 5.0, 8 GB daxili yaddaş həcmi və IPX2 standartı üzrə sudan və tozdan qorunma özəlliyi ilə təchiz olunacaqlar. Bundan əlavə olaraq Galaxy Buds 3 rəngdə satışa çıxacaq: Qara, ağ və sarı. Qeyd etmək lazımdır ki, Galaxy Buds adlı naqilsiz qulaqlıqlar 20 fevral tarixində Galaxy S10 flaqman smartfon seriyası ilə birlikdə təqdim olunacaqlar.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
