
Samsung şirkəti hələ bir neçə müddət bundan öncə ilk qatlana bilən smartfon modeli Galaxy Fold-u satışa çıxartdı. Lakin şirkət artıq onun davamçısı üzərində aktiv şəkildə çalışır. İndi isə həmin smartfon barəsində bir sıra məlumatlar ortaya çıxıb. Bu barədə Sammobile saytı xəbər verib. Məlumata əsasən Galaxy Fold-un davamçısının kod adı Bloom-dur.
Qeyd etmək lazımdır ki, Galaxy Fold-un özünün kod adı isə Winner idi. Orijinal Galaxy Fold 7.29 düym ekrana sahibdir. Yeni model isə ya daha böyük ya da bir qədər kiçik ekran ölçüsünə sahib olacaq. Smartfonun ya 6.7 düym ya da 8.1 düym ekrana sahib olacağı gözlənilir. Bununla yanaşı smartfon üzərindəki örtük materialı da dəyişəcək.
Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb
Belə ki, Galaxy Fold-un ekranının üzərində şəffaf qoruyucu plastik material yerləşdiyi halda yeni modelin ekranının üzərində ultranazik şüşə material yerləşəcək. Görünür, bu, qatalana bilən ekran üçün daha yaxşı qoruyucu üsuldur. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy Fold 2-nin gələn ilin aprel ayında satışa çıxması gözlənilir. Smartfonun təqdimatı isə fevral ayında Galaxy S11 modellərinin təqdimatları bir yerdə baş tuta bilər.