
Galaxy M20 smartfonu Samsung'un rəsmi saytında ortaya çıxıb
Elm & Texnologiya
11.01.2019
Emil
Samsung şirkətinin Hindistandakı texniki dəstək xidmətinin saytında hələ təqdim edilməmiş Galaxy M20 smartfonunun səhifəsi aşkar edilib. Bu barədə Mysmartprice online mağazası xəbər verib. Sözügedən smartfon saytda SM-M205F/DS model nömrəsi ilə ortaya çıxıb. Təəssüflər olsun ki, saytda smartfonun texniki göstəriciləri barəsində məlumat yoxdur.

Lakin əvvəlki məlumat sızıntılarından biz bilirik ki, Galaxy M20 modeli Full HD+ keyfiyyətli Infinity-U ekranla təchiz olunacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Exynos 7885 prossessoruna, Mali-G71 MP1 qrafik sürətləndiriciyə, 3 GB RAM-a, 32 GB daxili yaddaş həcminə, ikili arxa kameraya və 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Galaxy M20 smartfonu Galaxy M10 ilə birlikdə yaxın zamanda təqdim olunmalıdır. Onun qiymətinin isə 215$ olacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
