
Galaxy Note 10 Lite smartfonunun press render fotoları ortaya çıxdı
Elm & Texnologiya
18.12.2019
Emil
İnsayderlər Galaxy Note 10 Lite smartfon modelinin press render fotolarını təqdim ediblər. Qeyd etmək lazımdır ki, press render fotoların ortaya çıxması isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. Bu barədə Winfuture saytı xəbər verib. Təqdim edilmiş press render fotolar təqdim olunacaq smartfonun bütün dizayn özəlliklərini sərgiləyir. Beləliklə fotolardan da görmək olar ki, Galaxy Note 10 Lite modelinin OLED ekranı adi Galaxy Note 10-dakı kimi yuxarı mərkəzi hissədən ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya sahib olacaq.

Arxa paneldə isə üç kamera modulu düzbucaqlı dördbucaq şəklində yerləşdiriləcək. Lite modelini adi Galaxy Note 10-dan fərqləndirən əsas özəllik ondan ibarət olacaq ki, Lite modeli bir qədər qalın çərçivələrə sahib daha düz ekran ilə təchiz olunacaq. Adi Galaxy Note 10 kimi Lite model də S Pen stilusunun dəstəyini əldə edəcək. Yandırıb/söndürmə və səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələr smartfonun sağ kənarında yerləşəcəklər.

Gözləntilərə əsasən smartfonun arxasında olacaq 3 kamera modulundan əsası 48 MP-lik olacaq. İkinci kameranın genişbucaqlı obyektiv, üçüncü kameranın isə teleobyektiv olacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən Galaxy Note 10 Lite modeli Snapdragon 855 / Exynos 9810 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 Lite modelinin təqdimat tarixi barəsində hələ də bir məlumat yoxdur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
