Logo
    main-post-cover

    Galaxy Note 10-un Avropa qiymətləri ortaya çıxdı

    Elm & Texnologiya
    12.07.2019
    Emil
        7 avqust tarixində Samsung şirkəti Nyu Yorkda yeni Galaxy Note 10 smartfon seriyasını təqdim edəcək. Gözləntilərə əsasən şirkət həmin təqdimat tədbiri çərçivəsində 4 Galaxy Note 10 modelini təqdim edəcək: Galaxy Note 10, Note 10+, Note 10+ 5GNote 10e. Bu modellərdən bəzilərinin texniki göstəriciləri artıq məlumdur və onlardan bəzilərinin hətta fotoları da artıq ortaya çıxıb. Lakin indi adi Galaxy Note 10 ilə Note 10+ modellərinin Avropa bazarındakı qiymətləri ortaya çıxıb.

        Bu barədə Winfuture saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə məşhur insayder Roland Quandt-ın sözlərinə əsasən 256 GB daxili yaddaşa sahib olan adi Galaxy Note 10 modeli 1000 avroya satılacaq. Galaxy Note 10+ modeli isə 150 avro baha qiymətə satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, 128 GB daxili yaddaşa sahib Galaxy S10 modeli 930 avroya, Galaxy S10+ isə 1000 avroya satılır. Beləliklə belə nəticəyə gəlmək olar ki, Galaxy Note 10 daha baha qiymətə satılacaq, lakin onun yaddaş həcmi də bir qədər çox olacaq.
    Paylaş
    Bənzər xəbərlər