Galaxy Note 20 smartfonu Snapdragon 865-dən daha güclü prosessor ilə təchiz olunacaq

Galaxy Note 20 smartfonu Snapdragon 865-dən daha güclü prosessor ilə təchiz olunacaq

Texnologiya
28.04.2020 PAYLAŞIM

    Samsung şirkəti Galaxy Note 20 smartfonunu təqdim etməyib, lakin insayderlər artıq indidən onun texniki özəllikləri barəsində məlumat verməyə başlayıblar. Beləliklə verilmiş məlumata əsasən Galaxy Note 20 smartfonu Exynos prosessoru il təchiz olunacaq. Məlumatda qeyd olunub ki, Galaxy Note 20-nin sahib olacağı Exynos modeli Qualcomm prosessorlarından daha güclü olacaq.

    İnsayderlər qeyd ediblər ki, sözügedən smartfon hələ anons olunmamış Exynos 992 prosessoru ilə təchiz olunacaq. Qrafik göstəricilərdən isə Mali-G77 MP11 çipi cavabdeh olacaq. Exynos 992 prosessorun Exynos 990 modelindən əsas fərqi aşağı enerji sərfiyyatında və yüksək performans göstəricisində olmalıdır. Gözləntilərə əsasən Exynos 992 modeli Snapdragon 865 prosessorundan 3% daha güclü olacaq. Exynos 992-nin iyul ayında təqdim olunacağı güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×