drzeka zeka kartları

“Galaxy Note 8” haqqında yeni detallar!

17.06.2017 0 PAYLAŞIM 638 OXUNMA

Galaxy Note 8 haqqında yeni detallar gəlməyə davam edir. Ortaya çıxan  detallar ilə birlikdə Galaxy Note 8-in ön paneli yeniden göründü!

Daha əvvəldən də ortaya çıxan  xəbərləri  ilə gündəmə gələn yeni flaqman Galaxy Note 8-in ön panelinin dizaynı yavaş-yavaş dəqiqləşməyə başladı.

Yenə Galaxy S8-də olduğu kimi barmaq izi skanını telefonun arxasına yerləşdirəcək olan səlahiyyətlilər, təkrardan çərçivəsiz bir ekran ilə qarşımıza çıxmağa hazırlanır.


6.3 inç çərçivəsiz ekranı ilə istifadəçilərə daha çox touchscreen  təqdim edəcək olan "Samsung", yeni telefonu ilə olduqca iddialı gəlir.

İki  arxa kamera ilə gələcək yeni telefon, 1 Sentyabrda Berlində keçiriləcək olan IFA 2017 sərgisindən istifadəçilərə təqdim olunması gözlənilir.

Hal hazırda ortaya çıxan vizuallar haqqında "Samsung" təmsilçiləri rəsmi bir açıqlama etməyib. Lakin yeni telefonun ortaya çıxan vizuallardakı kimi dizaynda olması gözlənilir.



<