Logo
    main-post-cover

    Galaxy Note 8-in fotosu təsadüfi şəkildə sızdırıldı

    Elm & Texnologiya
    14.07.2017
    Emil

    Samsung Exynos-un rəsmi Twitter səhifəsində Galaxy Note 8-in dizayn fotosunu paylaşıb.

    Təqdim olunmuş fotoda smartfonun özündən əlavə olaraq Exynos 8895 prosessoru da əks olunub. Fotodakı cihazın məhz Galaxy Note 8 olmasının daha bir əyani sübutu isə “get things done” cümləsidir. Belə ki, Samsungbu cümləni əsasən Galaxy Note seriyasında istifadə edir. Təqdim olunmuş fotoda cihazın kənar hissəsində düymələr yoxdur. Lakin bunu cihazın final dizaynı hesab etmək də düzgün deyil. Məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç Super AMOLED, Satılacağı regiondan asılı olaraq smartfon, Snapdragon 835 və ya Exynos 8895 prosessorları ilə təchiz olunacaq. Bundan əlavə olaraq Galaxy Note 8-in, 6 GB RAM 3300 mAh enerji tutumlu batareya və 12 MP-lik arxa kameraya sahib olacağı gözlənilir. Bir sıra məlumatlara əsasən Galaxy Note 8, Avqust ayının sonunda və ya Sentyabr ayının ortasında təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər