
Galaxy Note 8-in təmir olunma mümkünlüyü yoxlanıldı
Elm & Texnologiya
09.09.2017
Emil
Keçən ay “Samsung” şirkəti, yeni dizayna sahib Galaxy Note 8 modelini təqdim etmişdi.

Bütün cihazlarda olduğu kimi bu cihaz barəsində də istifadəçilərdə
vacib sual yarandı. Əgər smartfon zədələnərsə, onun təmir olunma ehtimalı nə dərəcə
yüksəkdir? Bu suala iFixit mütəxəssisləri cavab veriblər. Belə ki, onlar artıq
bu smartfonu hissələrə ayırıb onun təmir olunması mümkünlüyü barəsində hər bir
məlumata sahibdirlər. Galaxy Note 8-in hər iki tərəfi, Gorilla Glass 5 qoruyucu
şüşəsi ilə örtülüb. Buna görə də iFixit mütəxəssisləri təmir zamanı qızdırıcıdan və
plastik alətlərdən istifadəni məsləhət görürlər. Onu da qeyd etmək etmək
lazımdır ki, bu prosesdən sonra smartfon, sudan və tozdan qorunma özəlliyini
itirəcək. Belə ki, smartfonun germetizasiya özəlliyi pozulacaq.

Galaxy Note 8-in konstruksiyasında yalnız xaçvari vintlərdən
istifadə olunub. Bu cür müsbət cəhəti, iFixit mütəxəssisləri ayrıca özəllik
kimi qeyd ediblər. Bununla yanaşı smartfonu hissələrə ayıran zaman onun
batareyasına fikir vermək lazımdır. Belə ki, batareya, çoxlu miqdarda kleyin üzərində
quraşdırılıb və onu çıxardan zaman çox ehtiyyatlı olmaq lazımdır. Əks halda
batareya zədələnə və istifadəyə yararsız hala gələ bilər. Bundan əlavə olaraq
mütəxəssislər, dəyişdirilə bilən USB Type-C girişinə də tərifləyiblər. Belə ki,
smartfonun şarj prosesində nasazlıq yaranarsa, USB Type-C girişini asanlıqla
yenisinə əvəz etmək mümkündür.

Beləliklə Galaxy Note 8-in təmir olunma mümkünlüyü
baxımından, o, 10 xaldan 4-nü alıb. iFixit mütəxəssisləri təmir zamanı bir neçə
özəllikləri ayrılıqda qeyd ediblər.
- Smartfonun bir çox komponentləri ayrı-ayrı modullarda yerləşir
və onları əvəz etmək mümkündür
- Konstruksiyada yalnız xaçvari vintlərdən istifadə edilib. Bu
isə onun hissələrə ayrılması prosesini sadələşdirir
- Galaxy Note 8-in batareyasını əvəz etmək mümkündür. Lakin
onun çıxarılması üçün çox ehtiyyatlı olmaq lazımdır və bunun üçün bir qədər çox
vaxta ehtiyac duyulur
- İstənilən təmir variantı zamanı smartfonun kövrək arxa
panelinin çıxarılması şərtdir
- Smartfonun ön paneli, kley əsasında quraşdırılıb və onu
korpusdan ayırmaq çətindir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
